Yeni Azərbaycan Partiyasının “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” məktəbinin sonuncu dərsi baş tutdu
Yeni Azərbaycan Partiyasının “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” məktəbinin sonuncu dərsi baş tutdu
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının 2025 ci il ərzində “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” məktəbinin sonuncu dərsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirildi.
Tədbir Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov açılış nitqində qeyd edib ki, gənclər siyasəti Azərbaycan dövlətinin strateji prioritetlərindən biridir və bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər hər zaman gəncləri ölkənin əsas intellektual və strateji resursu kimi qiymətləndirmiş, onların bilik və bacarıqlarının inkişafını dövlət siyasətinin mühüm istiqaməti kimi müəyyən etmişdir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü gənclər siyasəti nəticəsində gənclərimiz dövlət idarəçiliyində, elm, təhsil, innovasiya və ictimai həyatda fəal iştirak edirlər. Dövlət İdarəçilik Akademiyası olaraq bizim əsas missiyamız savadlı, vətənpərvər, dövlətçilik dəyərlərinə sadiq kadrların hazırlanmasıdır.
Əminəm ki, bu gün yetişən gənc nəsil Azərbaycanın davamlı inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə və beynəlxalq nüfuzunun daha da artmasına layiqli töhfələr verəcəkdir. Sizləri daim öyrənməyə, inkişaf etməyə və dövlətə xidmət yolunda əzmlə çalışmağa çağırıram.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək bildirib ki, hər il təşkil olunan Heydər Əliyev Məktəbi layihəsinin keçirilməsi gənclərin dövlətçilik dəyərləri əsasında formalaşmasına, onların siyasi biliklərinin artırılmasına və ictimai fəallığının gücləndirilməsinə xidmət edir. O qeyd edib ki, bu təşəbbüs Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəslə aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə qəbul edilən proqram və strategiyalar gənclərin təhsili, ictimai fəallığı və peşəkar inkişafı üçün geniş imkanlar yaratmışdır.
Gənclər bu gün ölkənin sosial-iqtisadi, ictimai-siyasi və intellektual həyatında fəal iştirak edirlər.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası üçün gənclər siyasəti partiyanın ideoloji fəaliyyətinin əsas sütunlarından biridir. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq, gənclərin milli-mənəvi dəyərlərə sadiq, müasir dünyagörüşlü və vətənpərvər ruhda formalaşdırılması hər zaman partiya fəaliyyətinin prioritet istiqamətlərindən olmuşdur. Bu siyasət gənclərin dövlətçilik prinsiplərinə bağlı, bilikli və məsuliyyətli vətəndaş kimi yetişməsini təmin edir.
Bəxtiyar İslamov çıxışında həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasəti gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradır. O, gənclərin partiya strukturlarında, dövlət idarəçiliyində, ictimai-siyasi proseslərdə və sosial layihələrdə aktiv fəaliyyət göstərmələrinin Azərbaycanın inkişafına olan töhfəsini xüsusi olaraq qeyd edib.
Tədbirin sonunda “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” məktəbini bitirən müdavimlərə diplomlar təqdim edilib.