Qarabağ İrsini Araşdırma Mərkəzi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi” (bundan sonra – Mərkəz) Akademiyanın Böyük Elmi Şurasının qərarı ilə struktur bölmələrindən biri kimi yaradılmışdır.  

Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, həmçinin bu “Mərkəz”in Əsasnaməni rəhbər tutur.

Mərkəz öz fəaliyyətinidə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının srtukturları ilə yanaşı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də digər nazirlik və qurumlarla müvafiq proqram, layihə və tədbirlərdə birgə iştirakı təmin etməyi; aidiyyəti qurumların (nazirlik və komitələrdə) Qarabağın tarixi, mədəniyyəti, incəsənəti, maarifçiliyi, sənətkarlığı, adət-ənənələri, görkəmli şəxsiyyətləri, ümümilikdə  Qarabağ irsi hərtərəfli  irsi ilə ilə bağlı  mövcud olan elmi ədəbiyyat, elmi nəşrlər və əyani vəsaitlərlə təmin etməyi; həmçinin yerli və xarici tədqiqatçıların bütün qeyd olunan istiqamətlər üzrə araşdırma, marifləndirmə, həmçinin təbliğat işlərinə cəlb olunması ilə həyata keçirməyi əsas tutur.

 Mərkəzin əsas məqsəd və vəzifələri

   Qarabağın qədim tarixi irsinin hərtərəfli araşdırılması, xüsusilə gənclərin maarifləndirilməsi məqsəd kimi qarşıda durur. Bu baxımdan, Mərkəz öz işində Qarabağın qədim və müasir siyasi tarixinin, sosial-iqtisadi inkişafının, zəngin mədəniyyətinin hərtərəfli  tədqiq edilməsini qarşısına məqsəd qoymuşdur.

  Qarabağ bölgəsi nəinki Azərbaycanın, həmçinin dünya ölkələrinin bir çox bölgələrindən fərqli olaraq daha qədim tarixə malik olan bir ərazidir. Məhz, Qarabağ bölgəsi özünün zəngin maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə seçilir. Həmçinin, maarifçilik tarixində Qarabağın ədəbi, mədəni və təhsil mühiti əvəzsiz rol oynamışdır. Bununla yanaşı, Qarabağ, Azərbaycanın  ictimai-siyasi fikirinin  inkişafına mühüm töhfələr vermiş, həmin mühitdə anadan olmuş, yaşamış, görkəmli şəxsiyyətləri  ilə də tanınır. Müasir dövrdə Qarabağın siyasi tarixinin və mədəni irsinin hərtərəfli öyrənilməsi çox zəruridir və elmi-siyasi, həmçinin, praktik əhəmiyyət kəsb e­d­ir.

   Xüsusilə, son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazılmış İkinci Qarabağ müharibəsinin daha mükəmməl mənimsənilməsi və yaddaşlarda həkk olunması olduqca vacib və zəruridir.  Bu baxımdan, Mərkəz İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin bərpası məsələlərinin öyrənilməsi, regionda yaranmış yeni reallıqlar əsasında araşdırılması və böyüməkdə olan gənc nəsillərdə möhkəm milli yaddaşın gücləndirilməs üçün Vətən müharibəsinin tarixinin elmi cəhətdən tədqiq və təbliğ olunmasını zəruri hesab edir.

Mərkəz bu istiqamətdə sistemli şəkildə elmi araşdımaların aparılması, məqalə və kitabların nəşr edilməsini qarşıda məqsəd kimi qoyur.

Bununla yanaşı, hazırda informasiya məkanında da müharibə gedir və informasiya müasir dünyada bir silah kimi istifadə edilir. Bu baxımdan,  Azərbaycan və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə daha müfəssəl şəkildə çatdırılması qarşıda duran əsas məqsədlərdən biridir.

Bütün bu məsələlər, həmçinin,  Ermənistanın  Azər­bay­ca­na qar­şı tə­cavüzünün nə­ti­cə­lə­ri, Azər­bay­ca­nın əzə­li tor­paq­la­rın­da Er­mə­nis­tan dövlə­ti­nin ya­ra­dıl­ma­sı, xal­qı­mı­zın maddi-mə­də­niy­yət nümu­nə­lə­ri­nin, to­po­nim­lə­ri­nin er­mə­ni­lər tə­rə­fin­dən özünün­kü­ləş­­di­ril­mə­si ba­rə­də ta­ri­xi fakt­la­ra əsas­la­nan tədqiqatların aparılması,  o cümlədəm Qarabağın tarixi-mədəni irsinin hərtərəfli araşdırılması məqsədilə aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:

1.         Qarabağın müasir siyasi tarixini özündə əks etdirən elmi məqalə, kitab, dərs vəsaitilərinin hazırlanması;

2.         Qarabağın maddi-mədəniiyyət nümunələrini özündə əks etdirən yaddaş kitabçaları, broşur və bukletlərin hazırlanması (türk, ingilis, fransız, rus və s. dillərdə) nəşr olunması və yayılması;

3.         Virtual aləmdə işinin səmərəliliyinin artırılması məqsədi ilə  Qarabağın irsi ilə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə sosial şəbəkələrdə təbliğatın genişləndirilməsi, mövcud virtual qrupların,  yeni səhfələrin yaradılması və təkmilləşdirilməsi;

4.         Qarabağın maddi-mədəni irsinə dair sosial şəbəkələrdə (Wikipedia, youtube, facebook, twitter, İnstagram) hesabların yaradılması və tələbələrin bu işə yaxından cəlb olunması;

5.         Qarabağın irsi haqqında elmi-analitik yazıların hazırlanması, internet resurslarında  yerləşdirilməsinin təşkili;

6.         “Şuşanın səsi” tele-radio proqram layihəsinin hazırlanması və həyata keçirilməsi;

7.         Qarabağın qədim və müasir siyasi tarixi haqqında qısametrajlı filmlərin  və slaydların hazırlanması;

8.         Yerli və xarici mütəxəssislərin iştirakı ilə Qarabağa, o cümlədən Şuşaya həsr olunmuş elmi tədqiqat işlərinin aparılması, birgə kitab, məqalə, elmi əsər antologiyaların və s. nəşr olunması;

9.         Ermənistanın işğalçılıq siyasəti və Qarabağ haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycandan xaricdə əlaqədar qurumlarla əməkdaşlığın genişləndirilməsi (TÜRKSOY, İSESCO və s. )

 Əlaqədar qurumlarla əməkdaşlıq

 1.    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;

2.    Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu;

3.    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər  Fondu;

4.    Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi;

5.    YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası;

6.    Türk Mədəniyyəti və İrsi Fondu;

7.    AMEA-nın Tarix və Etnologiya, Şərqşünaslıq İstitutu  və s.

 2013-cü il noyabrın 4-dən fəaliyyət göstərən Azərbaycan  Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nə professir, siyasi elmlər doktoru Elçin Əhmədov rəhbərilik edir.