Siyasi arasdirmalar institutu
Siyasi arasdirmalar institutu
Siyasi Araşdırmalar İnstitutu Azərbaycan Respublikasında və dünyanın müxtəlif regionlarında baş verən siyasi prosesləri elmi yanaşma əsasında təhlil edən, ictimai-siyasi həyatın müxtəlif sahələrinə dair analitik məlumatlar təqdim edən beyin mərkəzidir. İnstitutun əsas fəaliyyəti siyasi dinamikanın təhlili və regional, habelə qlobal trendlərin araşdırılmasını həyata keçirməkdən ibarətdir.
İnstitut ölkənin daxili və xarici siyasətində baş verən dəyişikliklərin mahiyyətini anlamaq, onların potensial təsirlərini qiymətləndirmək və mümkün inkişaf ssenarilərini müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırmalar aparır. Bu araşdırmalar siyasi sabitlik, təhlükəsizlik məsələləri, beynəlxalq münasibətlər, iqtisadi-sosial proseslər, diplomatik əlaqələr və regional geosiyasət kimi çoxşaxəli sahələri əhatə edir. İnstitut həm qlobal mühitdə, həm də qonşu regionlarda müşahidə olunan siyasi hadisələrin ölkəyə mümkün təsirlərini qiymətləndirməklə qərar qəbul edən qurumlar üçün dəyərli analitik təkliflər hazırlayır.
Siyasi Araşdırmalar İnstitutu öz fəaliyyətində elmi dəqiqliyi və obyektivliyi əsas prinsip kimi qəbul edir. İnstitut tərəfindən mütəmadi olaraq seminarlar, panel müzakirələr, elmi konfranslar və ictimai çıxışlar təşkil edir. Bu tədbirlər müxtəlif sahələrin mütəxəssislərini bir araya gətirərək, aktual siyasi mövzuların geniş kontekstdə müzakirə olunmasına şərait yaradır.