Tələbə Gənclər Təşkilatı
Tələbə Gənclər Təşkilatı
DİA TGT fəaliyyətinə 2005-ci ildən başlayıb. Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatı (DİA TGT) tələbələrə idarəçilik sahəsində mühüm bacarıqların inkişafına şərait yaradır. Təşkilatın fəaliyyətləri, tələbələrə liderlik, komanda işləri və layihə idarəetməsi sahələrində praktiki təcrübə qazandırır. DİA TGT üzvləri, müxtəlif layihə və tədbirlərin təşkili və həyata keçirilməsi ilə bağlı dərin biliklər əldə edirlər ki, bu da onların gələcək idarəçilik karyeralarında vacib rol oynayır.
Bundan əlavə, təşkilat tələbələrə qərar qəbuletmə, münaqişə həlli və effektiv kommunikasiya kimi idarəetmə bacarıqlarını inkişaf etdirir. Təcrübə əsasında qazanılan bu bacarıqlar, onların həm akademik, həm də peşəkar həyatlarında tətbiq olunur. DİA TGT, tələbələrə təşkilatçılıq, vaxtın idarə olunması və resursların səmərəli istifadəsi sahələrində də dəyərli biliklər verir. Nəticə etibarilə, Tələbə Gənclər Təşkilatı, gənclərin sosial məsuliyyət və liderlik bacarıqlarını inkişaf etdirərək, onları idarəetmə mövqelərinə hazırlayır və təhsil aldıqları akademiyanın ictimai və elmi həyatına töhfə vermələrinə imkan yaradır.
Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən tələbə klubları:
1. DİA TGT “Politoloqlar” klubu
2. DİA TGT “Müasir idarəçilər” klubu
3. DİA TGT “Biznes” klubu
4. DİA TGT “Hüquq” klubu
5. DİA TGT “Diplomatiya və araşdırmalar” klubu
6. DİA TGT “İqtisadiyyat” klubu
7. DİA TGT “Conversation” klubu
8. DİA TGT “İntellektual oyunlar” klubu
9. DİA TGT “İdman” klubu
10. DİA TGT “Psixologiya” klubu
11. DİA TGT “IT” klubu
12. DİA TGT “Davamlı inkişaf” klubu
13. DİA TGT “Vətənpərvərlik” klubu
14. DİA TGT “Kitab” klubu
15. DİA TGT “Gənc menecerlər” klubu
16. DİA TGT “Art” klubu
17. “APAMUN” klubu
18. “Debat” klubu
19. “UNESCO” klubu
DİA TGT -nın sədri İxtiyar Mahmudzadədir.
İxtiyar Yalçın oğlu Mahmudzadə 2005-ci ildə anadan olmuşdur. O, 2022-ci ildə Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinə bakalavr pilləsi üzrə Davamlı inkişafın idarə edilməsi ixtisasına qəbul olunmuşdur. Hal-hazırda yüksək ortalama ilə təhsilini davam etdirir. O, 2023-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2024-cü ildə COP29 konfransında fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən təşəkkürnamə ilə təltif olnmuşdur.