RƏHBƏR DÖVLƏT İDARƏÇİLİYİ KADRLARININ  İXTİSASININ ARTIRILMASI  İNSTİTUTU

İnstitut  Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasının nəzdində 1999-cu ildən fəaliyyət göstərən “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsinin bazasında yaradılmışdır. İnstitutun tərkibinə daxil olan “Rəhbər kadrların fasiləsiz təhsili mərkəzi”ndə keçirilən kurslara hər il yerli və mərkəzi icra orqanlarında çalışan dövlət qulluqçuları cəlb olunur. Kurslarda Azərbaycan Respublikasının Prezident Administrasiyanın yüksək vəzifəli dövlət qulluqçuları, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, nazirlər  və nazir müavinləri, dövlət komitələrinin sədrləri, Azərbaycan Respublikasının qanunverici və icra hakimiyyəti orqanlarının rəhbər işçiləri, təcrübəli mütəxəssislər, DİA-nın və ölkənin ali məktəblərinin alimləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların  nümayəndələri təlim və seminarlarda müxtəlif mövzularla çıxış edirlər.

“Rəhbər kadrların fasiləsiz təhsili mərkəzi”ndə dövlət idarəçiliyi istiqamətində,  həmçinin dövlət qulluğunun müvafiq sahələri üzrə peşəkar şəxslər üçün kurslar, geniş səyyar kurs və seminarlar, dəyirmi masa və distant təlimlər təşkil olunur və müxtəlif istiqamətlərdə təlim proqramları və modullar hazırlanır.  

Direktor- professor, p.e.d. Gülnarə Qurbanova 1999-cu ildən bugünədək Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasında müxtəlif vəzifələrdə işləyib, 2012-2013-cü illərdə “Rəhbər kadrların yenidən hazırlanması” fakültəsinin dekanı, 2013-cü ildən hal-hazıradək “Rəhbər dövlət idarəçiliyi kadrlarının ixtisasının artırılması” institutunun direktoru vəzifəsində çalışır.
Professor G.Qurbanovanın Dövlət idarəçiliyi, dövlət qulluğunda təhsil, etika, sosial psixologiya, pedaqogika, akmeologiya, sahələrində məqalələri və elmi əsərləri vardır.