Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Yaradılması Haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Description of this image goes here.

Dövlət başçısının 3 yanvar 1999-cu il tarixli Fərmanı əsasında Bakı Sosial İdarəetmə və Siyasi Elmlər İnstitutu əsasında qurulmuşdur. Akademiya fəaliyyətinə 1 sentyabr 1999-cu ildə başlamışdır. Dövlət İdarəçilik sahəsi üçün mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyələrinin artırılması, dövlət idarəçilik sahəsində elmi-tədqiqatların aparılmasının təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi məqsədilə qərara alıram:

  1. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaradılsın.
  2. Akademiyanın fəaliyyətinə ümumi rəhbərlik və təşkilati məsələlərin həlli Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına, elmi-metodik rəhbərlik isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə olunsun.
  3. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi təsdiq edilsin.
  4. Dövlət İdarəçilik Akademiyasında təhsil prosesi 1999-cu il sentyabrın 1-dən başlansın.
  5. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılsın ki, keçmiş BSİPİ-də təhsil alan tələbələrin müvafiq dövlət təhsil müəssisələrinə köçürülməsini təmin etsin.
  6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri 1999-cu il sentyabrın 1-dək həll etsin.