Tələbə Elmi Cəmiyyəti
DİA Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti haqqında
Akademiyanın Tələbə Elmi Cəmiyyəti struktur baxımından iki Fakültə Tələbə Elmi Cəmiyyətləri və Magistr Elmi Cəmiyyətindən ibarət olmaqla 2001-ci ildən fəaliyyət göstərir. Özünün işini DİA - nın rektoru, akademik Urxan Ələkbərovun rəhbərliyi altında həyata keçirərək, Akademiya Tələbə Elmi Cəmiyyətinin fəaliyyətində əsas yeri tələbə və magistrantların elmi yaradıcılığının inkişafına, hər tədris ilində onların elmi-tədqiqat işlərinin yazılmasının təşkilinə verir. Hər tədris ilində tələbə elmi işlərinin mövzuları ümumakademiya elmi-tədqiqat problemləri istiqamətlərinə uyğun müəyyən olunaraq, ixtisas kafedraları müəllimlərinin rəhbərliyi ilə yerinə yetirilməsi təşkil edilir. Bununla əlaqədar əvvəlcə fakültələr üzrə tələbə və magistrantlarla “Elmi-tədqiqat işinin məzmunu və yazılmasına dair metodik tövsiyələr” mövzusunda seminar-treninqlər keçirilir. Bundan sonra tədris ili ərzində elmi-tədqiqat işlərini yerinə yetirən tələbə və magistranlar üçün 3 mərhələdə elmi məsləhətlər təşkil olunur və tədris ilinin sonunda TEC üzvləri tərəfindən yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunları TEC-in yekun elmi konfransında geniş müzakirə olunur.
Elmi işlərin yazılması ilə yanaşı, tələbə və magistrantlarımız Akademiya Tələbə Elmi Cəmiyyətinin qüdrətli ölkəmiz və dövlətçiliyimizin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu inkişafına və daha da möhkəmlənməsinə dair aktual olan məsələlərlə bağlı keçirdiyi elmi konfranslar və dəyirmi masalarda, digər tədbirlərdə də fəal iştirak edirlər.
DİA Tələbə Elmi Cəmiyyətinin sədri siyasi elmlər doktoru, professor Sevil Məmmədovadır.