Üç tələbəmiz “İlin Könüllüsü” seçilib
Dekabrın 4-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Azərbaycan Könüllülərin Vlll Həmrəylik Forumunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının üç tələbəsi “İlin Könüllüsü” mükafatına layiq görülüb.
Mükafatlandırılan tələbələr:
Süsən Qəhrəmanova – İnzibati idarəetmə fakültəsinin IV kurs tələbəsi
Misir Məmmədov – İnzibati idarəetmə fakültəsinin III kurs tələbəsi
Nuray Talıbzadə – Siyasi idarəetmə fakültəsinin IV kurs tələbəsi
Bu münasibətlə tələbələrimizi ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!