Tələbələrimiz “Mədəniyyət və Hüquq: Müasir Çağırışlar” adlı elmi-praktik Forumda iştirak ediblər

thumb 1 thumb 2 thumb 3 thumb 4 thumb 5 thumb 6 thumb 7 thumb 8 thumb 9 thumb 10 thumb 11

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bir qrup müəllim və tələbələri 10 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə keçirilən “Mədəniyyət və Hüquq: Müasir Çağırışlar” adlı forumda iştirak ediblər. Forum Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli Sərəncamının icrası ilə bağlı hazırlanan Tədbirlər planı çərçivəsində təşkil olunmuşdur. Açılış nitqi ilə çıxış edən Mədəniyyət naziri Adil Kərimli forum iştirakçılarını salamlamış və bildirib ki, Prezident cənab İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasətin mərkəzində mədəniyyət xüsusi yerə malikdir. Qeyd olunub ki, mədəniyyət müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində həmişə mərkəzi mövqedə dayanıb. Ulu Öndər mədəniyyətimizin bütün sahələrinin inkişafına, ana dilimizə davamlı diqqət və qayğı göstərib. Ümummilli Liderimizin müəllifi olduğu Konstitusiyamızda mədəniyyətlə bağlı çox qiymətli müddəalar mövcuddur və bunun təməlləri üzərində hazırlanan qanunvericilik aktları mədəniyyət və hüquq anlayışlarını da özündə ehtiva edir. Sonra Milli Məclisin sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək forumun əhəmiyyətini vurğulayıblar.
Panel müzakirələrlə öz işini davam edən Forumda DİA-nın tələbələri aktiv iştirak edərək, faydalı müzakirələr aparıblar. Sonda DİA-nın tələbələri Forumun təşkilatçıları və Mədəniyyət naziri ilə xatirə şəkli çəkdiriblər.