“Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi siyasəti” mövzusunda məqalə müsabiqəsi baş tutdu

thumb 1 thumb 2 thumb 3 thumb 4 thumb 5 thumb 6

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının Siyasi İdarəetmə fakültəsinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi siyasəti” mövzusunda məqalə müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir baş tutmuşdur.

Tədbirin açılış nitqini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri Zaur Məmmədov etmişdir. O, çıxışı zamanı Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi siyasətindən, həmçinin ölkədə aparılan gənclər siyasətindən bəhs etmişdir.

Siyasi İdarəetmə fakültəsinin dekanı, dosent Murtəza Həsənov bu cür elmi məqalə müsabiqələrinin gənclərin elm və təhsil sahəsində inkişafına mühüm töhfə verdiyini vurğulamışdır.

Professor Elçin Əhmədov mövzu ilə bağlı fikirlərini bölüşərək Prezident İlham Əliyevin dövlət idarəçiliyi sahəsində həyata keçirdiyi siyasətin elmi və praktiki əhəmiyyətindən bəhs etmişdir. O, bu siyasətin müasir çağırışlara cavab verdiyini qeyd etmişdir.

Sonda müsabiqədə yer tutmuş tələbələr təltif olunmuş və xatirə fotosu çəkilmişdir.