Müəllim və tələbələrimiz internat məktəbində şagirdlərlə görüşmüşlər

thumb 1 thumb 2 thumb 3 thumb 4 thumb 5 thumb 6 thumb 7 thumb 8 thumb 9 thumb 10 thumb 11 thumb 12 thumb 13 thumb 14 thumb 15 thumb 16 thumb 17 thumb 18 thumb 19

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı İnkişaf kafedrasının müəllimi Natavan Qasımova və Dİ222 qrupunun tələbələri “Dünyamız bizə əmanətdir!” adlı interaktiv təlim layihəsini təşkil edərək  Buzovna qəsəbəsində yerləşən 8 nömrəli sanatoriya tipli internat məktəbində təhsil alan şagirdlərlə görüşmüşlər.

Sosial, iqtisadi və ekoloji istiqamətləri əhatə edən layihənin əsas məqsədi uşaqlarda sosial davranış, ekoloji düşüncə və iqtisadi savadlılığın ilkin əsaslarının formalaşdırılması olmuşdur.
Layihənin məqsədi  erkən yaşdan davamlı inkişafla bağlı bilik və bacarıqların aşılanması, məsuliyyət hissinin inkişafı, eləcə də uşaqların şüurlu və qayğıkeş vətəndaş kimi formalaşmasına töhfə verməkdir. Təlimin sonunda uşaqlar davamlı inkişafın mahiyyətini, ətraf mühitin, təbii resursların və sosial dəyərlərin qorunmasının əhəmiyyətini daha yaxşı dərk etmiş oldular. Sonda uşaqlara hədiyyələr təqdim edildi.