Milli Məclisin deputatı tələbələrimizlə görüşmüşdür
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Biznes” klubun təşkilatçılığı ilə Milli Məclisin deputatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru Tahir Mirkişili ilə “Dövlət–özəl tərəfdaşlığının mahiyyəti və perspektivləri” mövzusunda görüş keçirilib.
DİA-nın ictimai əlaqələr üzrə müşaviri Zaur Məmmədov Akademiyanın rektoru, akademik Urxan Ələkbərovun salamlarını tədbir iştirakçılarına çatdırmış, millət vəkili Tahir Mirkişiliyə tələbələrlə görüşünə görə təşəkkürünü bildirmişdir.
Daha sonra tədbirin qonağı Milli Məclisin deputatı Tahir Mirkişili çıxış edərək dövlət və özəl sektorların ölkədə fəaliyyəti haqqında ətraflı məlumat vermiş və tələbələrlə interaktiv görüş təşkil olunmuşdur.
Görüş zamanı dövlət-özəl sektor əməkdaşlığının iqtisadi inkişafda rolu, mövcud imkanlar, tərəfdaşlıq modelləri, gələcək tətbiq perspektivləri və biznes mühitində inteqrasiya mexanizmləri barədə geniş müzakirələr aparılıb.
Sonda xatirə fotosu çəkilib.