Fətəli xan Xoyskinin anadan olmasının 150 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

thumb 1 thumb 2 thumb 3 thumb 4 thumb 5

Fətəli xan Xoyskinin anadan olmasının 150 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin anadan olmasının 150 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransdan öncə Azərbaycan İstiqlal Muzeyinin Fətəli xan Xoyskinin anadan olmasının 150 illik yubileyinə həsr etdiyi "İstiqlalın Zərif İmzası: Fətəli xan Xoyski" adlı sərgi nümayiş olundu.

      Tədbir DİA-nın I prorektoru, professor Əlikram Abdullayevin giriş sözü ilə açılıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan dövlətçiliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

       Elmi konfransda 
Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli “İstiqlal Muzeyi Fətəli xan Xoyskinin işığında” mövzusunda çıxış edərək, görkəmli dövlət xadiminin ictimai-siyasi irsinin muzey ekspozisiyalarında əks olunmasından və onun müstəqil dövlətçilik ideyalarının təbliğindən bəhs edib.

DİA-nın Tarix kafedrasının müdiri, əməkdar müəllim Firdovsiyyə Əhmədova “Fətəli xan Xoyskinin Azərbaycan dövlətçiliyində xidmətləri” mövzusunda məruzə ilə çıxış edərək, onun Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasında və hüquqi dövlət əsaslarının yaradılmasında oynadığı mühüm rolu diqqətə çatdırıb.

Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev “Fətəli xan Xoyskinin Gürcüstanla bağlı siyasəti və qətli haqqında məlumatlar” mövzusunda çıxış edərək, tarixi faktlar və arxiv materialları əsasında Fətəli xan Xoyskinin regional siyasəti və faciəli taleyi barədə ətraflı məlumat verib.