Dövlət İdarəçilik Akademiyasında elmi konfrans keçirilib
31 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Rusiya Federasiyasının Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının birgə təşkilatçılığı ilə “Dövlətin davamlı inkişaf maraqlarının təmin olunmsı üçün informasiya siyasətinin formalaşmasında təhsilin rolu” mövzusunda onlayn elmi konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Əlkbərov, Tarix kafedrsının professoru Fuad Məmmədov və Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, professor Namiq Əliyev məruzələrlə çıxış ediblər.
Konfransda müxtəlif ölkələrdən olan alimlərin məruzələri dinlənilib.