Dövlət İdarəçilik Akademiyası və KOB İnkişaf Mərkəzi tərəfindən təlim keçirilib
Noyabrın 22-də Bakı KOB Evində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın və Bakı KOB İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Süni intellektin biznesdə tətbiqi” mövzusunda təlim baş tutub.
Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən "Biznes" klubun təşkilatçılığı ilə baş tutan tədbirdə iki təlimçi tərəfindən görüş iştirakçılarına süni intellektin biznes proseslərdə istifadə edilməsi, rəqəmsal transformasiya, innovativ yanaşmalar və məhsuldarlığın artırılması kimi mövzular izah edilmişdir.
Sonda tələbələr təlimçilərə suallar ünvanlayaraq mövzunu praktiki aspektlərdən daha dərindən öyrənmək imkanı əldə etmişlər.
Yekunda təlimi uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim edilmişdir.