DİA əməkdaşlarının peşə inkişafı ilə bağlı növbəti uğurları

thumb 1 thumb 2 thumb 3 thumb 4 thumb 5 thumb 6 thumb 7 thumb 8 thumb 9 thumb 10 thumb 11 thumb 12 thumb 13 thumb 14 thumb 15 thumb 16

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsi”nin əməkdaşları Anar Şükürov, Gülputa Şirinova, Ayxan Xubanov həmçinin akademiyanın tələbəsi Rada Ramazanova İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun dünyanın aparıcı onlayn təhsil platforması olan Coursera ilə birgə başlatdığı “4Sİ Akademiyası” - Milli Proqram çərçivəsində The University of Hong Kong, University of Washıngton, University of Copenhagen, Yale Universıty, University of Colorado Boulder, Wharton University of Pennsylvania tərəfindən keçirilən kursları uğurla başa vuraraq sertifikatlar əldə etmişlər. Proqramın əsas məqsədi ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına və rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılmasına dəstək verməkdir. Bu Proqram SOCAR, Paşa Holding, BP və JOCAP şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.