DİA-da “İdarəetmədə İnsan Resurslarının rolu: Seçim, inkişaf və motivasiya mexanizmləri” adlı təlim keçirilmişdir.
9 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında əməkdaşlar və tələbələr üçün 9 illik insan resursları üzrə təcrübəsi olan mətəxəssis və təlimçi Nəcəfova Sevinc tərəfindən “İdarəetmədə İnsan Resurslarının rolu: Seçim, inkişaf və motivasiya mexanizmləri” adlı təlim keçirilmişdir. O, çıxışı zamanı məzun olduğu Akademiyada təlim verdiyi üçün məmnunluq hissi duyduğunu bildirmiş, işə götürmə strategiyaları, müsahibə texnikaları, namizədin bacarıqlarının qiymətləndirilməsi, kadr idarəçiliyi, karyera inkişafı proqramları, kadr məlumatlarının analizi, motivasiya alətləri və komanda motivasiyası, daxili kommunikasiya strategiyaları, işçi məmnuniyyəti və münaqişələrin idarə olunması haqqında məlumatlar vermişdir. Həmçinin təlimçi öz peşəkar təcrübələrindən real hadisələr və nümunələr gətirərək insan resurslarının strateji rolunu praktiki kontekstdə təqdim etmişdir.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılmışdır.