Bakı Avropa liseyində futbol turnirinin final mərhələsi baş tutub

thumb 1 thumb 2 thumb 3 thumb 4 thumb 5 thumb 6 thumb 7 thumb 8 thumb 9 thumb 10 thumb 11

29 dekabr 2025-ci il tarixində Bakı Avropa Liseyində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının  təşkilatçılığı ilə 150 tələbədən ibarət 16 komandanın iştirakı ilə keçirilən futbol turnirinin final mərhələsi baş tutub. Final oyunundan sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Mükafatlandırma mərasimi DİA Tələbə Gənclər Təşkilatının sədri İxtiyar Mahmudzadənin moderatorluğu ilə baş tutub.

Tədbirin açılışında çıxış edən Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova iştirakçıları salamlayaraq ölkəmizdə gənclərin intellektual inkişafı, bilik və bacarıqlarının artırılması ilə yanaşı, idman sahəsində də mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb. O, Bakı Avropa Liseyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında mövcud səmərəli əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini qeyd edib, turnirin qaliblərini təbrik edərək onlara uğurlar arzulayıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun ictimai əlaqələr üzrə müşaviri Zaur Məmmədov rektor, akademik Urxan Ələkbərovun salamlarını iştirakçılara çatdırıb. O, bu cür idman yarışlarının gənclər arasında sağlam həyat tərzinin təbliği və komanda ruhunun formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.  O, turnirin keçirilməsinə şərait yaratdığına görə Liseyin direktoru Zülfiyyə xanım Veysovaya təşəkkürünü bildirib 

Daha sonra Çempionatın yekun nəticələrinə əsasən komandalar kubok, medal və diplomlarla təltif olunublar.