Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanın İnnovativ İnkişafı” mövzusunda seminar keçirilib

thumb 1 thumb 2 thumb 3 thumb 4 thumb 5 thumb 6 thumb 7 thumb 8 thumb 9 thumb 10 thumb 11 thumb 12

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanın İnnovativ İnkişafı” mövzusunda seminar keçirilib
Apr 18 , 2016 - 10:39

16 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanın İnnovativ İnkişafı” mövzusunda seminar keçirilmişdir.

“Azərbaycanın İnnovativ İnkişafı” mövzusunda seminarınİnnovativ inkişaf naminə səmərəli idarəetmə:Azərbaycan Respublikasının nailiyyətləri Beynəlxalq təşkilatların hesabatlarında (2003-2016)”; “Azərbaycanın müasir inkişaf konsepsiyası: varislik və innovativlik”; “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində innovativ metodların tətbiqi” və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması idi.

Kurs ərzindətədbirdə “ASAN xidmət” və Sabirabad Rayon İcra Hakimiyyətinin işçi heyəti iştirak etmişdir. Seminarda Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Siyasi araşdırmalar institutunun direktoru, millət vəkili professor Elman Nəsirov, Elmi-Təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli müxtəlif mövzularla çıxış etmişlər.