Tədris Keyfiyyətinin Monitorinqi və Məzunlarla iş şöbəsi
Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsi Akademiyanın müstəqil struktur bölməsidir. Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının struktur bölməsi olaraq Akademiyada təhsilin məzmununun Strateji İnkişaf Proqramına uyğun yüksək keyfiyyətdə olması üçün müəssisənin struktur bölmələrinin fəaliyyət göstəricilərinin dövrü (illik) monitorinqinin aparılması işlərini və Akademiyanın məzunları arasında qarşılıqlı fəaliyyəti əlaqələndirməklə DİA-nın elm, təhsil, mədəniyyət və sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli layihə və proqramları, konfransları, seminar və digər tədbirlərini dəstəkləyən və həyata keçirən şöbədir.
Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin normativ sənədlərini, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsini, DİA-nın Nizamnaməsini və öz Əsasnaməsini rəhbər tutur.
Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsinin əsas məqsədi Akademiyada bakalavr, magistratura və doktorantura səviyyələrində tədrisin keyfiyyətinə nəzarət etməklə, keyfiyyətin daha da yüksəldilməsi üçün bu sahədə dünyada mövcud olan mütərəqqi təcrübələri tətbiq etməklə, rəqabət qabiliyyətli, bacarıqlı, savadlı mütəxəssislərin hazırlığına imkan verən səmərəli tədris mühiti formalaşdırmaqdır. Həmçinin Akademiyada təhsil almış məzunlar arasında qarşılıqlı işgüzar ünsiyyətin yaradılması üçün məzunların elektron məlumat bankını yaratmaqdan ibarətdir.
Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsinin tərkibinə şöbə müdiri, Məzunlarla iş sektorunun müdiri, baş mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssislər daxildir. Şöbənin bütün işçiləri şöbə müdirinə tabedir. İşçilər arasında vəzifə bölgüsü şöbə müdiri tərəfindən həyata keçirilir.
Funksiya və vəzifələri:
Tədrisin keyfiyyəti ilə əlaqədar monitorinq keçirmək, təhlillər, ümumiləşdirmələr aparmaq və analitik materiallar hazırlamaq.
Akademiyada daxili keyfiyyət təminatı sisteminin fəaliyyətini dəyərləndirmək və onların təkmilləşdirilməsi istiqamətində təkliflər vermək.
Strateji inkişaf proqramına uyğun tədrisin keyfiyyətinin yüksəldilməsi üzrə inkişaf konsepsiyasını formalaşdıraraq onun həyata keçirilməsinə dair təkliflər hazırlamaq və icrasında iştirak etmək.
Akademiyada mövcud olan ixtisaslar üzrə peşəkar mütəxəssislərin hazırlanması üçün, tədris proqramlarının tətbiqi ilə bağlı təkliflər vermək.
Professor-müəllim heyəti tərəfindən tədris olunan fənlərin proqramlarının və metodik materiallarının keyfiyyəti ilə bağlı ekspertizalar təşkil etmək.
Tədris-metodiki işin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyələri işləyib hazırlamaq.
Tədris proqram sənədlərinin və metodiki materialların işləyib hazırlanmasının keyfiyyətinə nəzarət etmək.
Bakalavr və magistratura səviyyələrində tədris olunan fənlərin elektron mühazirə və məşğələ materiallarının sillabuslara uyğun olaraq tələbələrin şəxsi kabinetinə yerləşdirilməsinin monitorinqini aparmaq.
Bakalavr və magistrantlar arasında tədrisin keyfiyyəti ilə əlaqədar sorğular keçirmək.
Şöbənin fəaliyyətinin və strukturunun təkmilləşdirilməsinə yönəlmiş təkliflər vermək və rektorluğun bu istiqamətdə verdiyi tapşırıqlarını yerinə yetirmək.
Şöbədə xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tətbiq olunan innovasiyaların səmərəliliyinin artırılmasını təmin etmək.
Şöbənin hesabatlarını, arayışları və məlumatları hazırlamaq və şöbəyə rəhbərlik tərəfində tapşırılmış digər vəzifələri yerinə yetirmək.
Hüquqlar:
Şöbənin səlahiyyətinə aid məsələlərin həlli üçün Akademiyanın bütün struktur bölmələrindən zəruri material və məlumatları tələb etmək
Rektorun tapşırığı ilə Akademiyanın tədris keyfiyyəti və məzunlarla iş sahəsində maraqlarını digər təşkilatlarda təmsil etmək
Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş məsələlərinə dair metodiki tövsiyə və təlimatlar vermək, onların icrasına nəzarət etmək
Kafedra və fakültə rəhbərlərindən sorğu nəticələri, dərs cədvəlləri, imtahan materialları və digər zəruri sənədləri almaq
Tədris prosesində və məzunlarla işdə aşkarlanmış nöqsanların aradan qaldırılması ilə bağlı təklifləri birbaşa rektorun nəzərinə çatdırmaq
Sorğu, monitorinq və karyera tədbirlərinin keçirilməsi üçün Akademiyanın texniki və təşkilati resurslarından istifadə etmək
Məzunlarla iş sektorunun funksiya və vəzifələri:
Məzun bazasının formalaşdırılması, daim yenilənməsi və idarə edilməsi
Məzunların məşğulluq səviyyəsinin və peşəkar inkişafının illik sorğular vasitəsilə öyrənilməsi, statistik hesabatların hazırlanması və təhlili
Məzunların peşə karyeralarının izlənilməsi
Təhsil proqramlarının əmək bazarı tələblərinə uyğunlaşdırılması məqsədilə məzunların rəylərinin toplanması, təhlili və müvafiq təkliflərin hazırlanması
Məzunlarla daimi əlaqələrin saxlanılması (görüşlər, dəyirmi masalar, onlayn platformalar və s.)
Məzunların Akademiyanın inkişafına (əməkdaş, mentorluq, məruzəçi və s.) cəlb edilməsi
Məzunlar və tələbələr üçün karyera dəstəyi tədbirlərinin təşkili (müxtəlif ixtisaslı mütəxəssislərlə görüşlər, seminarlar, onlayn platformalar, təlimlər, dəyirmi masalar və s.)
Sektorun fəaliyyəti üzrə illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Şöbənin ümumi məqsədlərinə uyğun olaraq Azərbaycan Respublikasında və xarici ölkələrdə yaşayan məzunlarla işgüzar münasibətlər (əyani və ya onlayn) qurmaq
Dövlət və yerli özünüidarəetmə orqanlarına fiziki və hüquqi şəxslərə məzunlarla əlaqədar zəruri məlumatlar əldə etmək üçün sorğu vermək və onlardan lazımi məlumatları (sənədləri) almaq
Məzunların işlə təmin olunması üçün dövlət orqanları və özəl qurumlarda mövcud olan vakant yerlər haqqında məlumatların paylaşılması
Məzunları məlumatlandırmaq üçün onlayn platformalarda informasiyanı yerləşdirmək və daim yenilənməsini təmin etmək
Məzunlarla iş sektorunun hüquqları:
Məzunların şəxsi məlumatlarının (əlaqə nömrələri, elektron poçt, iş yeri və vəzifəsi) toplanması, saxlanılması və yenilənməsi üçün Akademiyanın bütün struktur bölmələrindən zəruri məlumatları tələb etmək və almaq
Məzunların məşğulluq vəziyyətinin öyrənilməsi məqsədilə dövlət orqanlarından, yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən rəsmi sorğu ilə məlumat (arayış, sənəd) tələb etmək
Məzun və işəgötürənlərlə bağlı sorğu, anket və rəy formalarının hazırlanması və paylanmasını təmin etmək, iştirakı təşviq etmək üçün Akademiyanın rəsmi kanallarından (sayt, sosial şəbəkə, e-poçt) istifadə etmək
Məzunlarla bağlı tədbirlərin (görüş, dəyirmi masa, karyera sərgisi, seminar) keçirilməsi üçün Akademiyanın maddi-texniki bazasından, otaqlarından, avadanlıqlarından və nəqliyyat vasitələrindən istifadə etmək
Karyera dəstəyi və məzun tədbirlərinin təşkili üçün büdcədənkənar vəsaitlərin (sponsorluq, ianə, qrant) cəlb edilməsi məqsədilə hüquqi və fiziki şəxslərlə danışıqlar aparmaq və müqavilələr bağlamaq (müvafiq icra orqanının razılığı ilə)
Məzunların Akademiyanın inkişafına cəlb edilməsi məqsədilə professor-müəllim heyətindən, digər şöbələrdən və tələbə təşkilatlarından zəruri dəstək və iştirak tələb etmək
Məzunlarla bağlı məlumatların Akademiyanın rəsmi internet saytında, sosial şəbəkə hesablarında və digər kommunikasiya kanallarında yerləşdirilməsini təmin etmək
Məzunların rəyləri əsasında təhsil proqramlarının təkmilləşdirilməsi ilə bağlı təklifləri birbaşa rektorluğa, Elmi Şuraya və ya müvafiq şöbələrə təqdim etmək
Fəaliyyət istiqamətləri üzrə xarici ölkələrin ali təhsil müəssisələrinin məzunlarla iş şöbələri, beynəlxalq assosiasiyaları ilə əlaqələr qurmaq və əməkdaşlıq etmək;
Şöbənin səmərəliliyinin artırılması üçün yeni texnologiyaların, proqram təminatlarının alınması və tətbiqi ilə bağlı təkliflər vermək;
Şöbə əməkdaşlarının peşəkar inkişafı üçün treninq, seminar və xarici təcrübə proqramlarında iştirakını təşkil etmək;
Fəaliyyət çərçivəsində yaranan məsələlərin həlli üçün rektorluq yanında xidməti yazışmalar aparmaq və qərar layihələrinin hazırlanmasında iştirak etmək.
Tədrisin keyfiyyətinin monitorinqi və məzunlarla iş şöbəsinin müdiri i.ü.f.d., dosent Leyla Rəhim qızı Sultanovadır.
Telefon: (012) 492-79-41 (iş)