Sənədlərlə iş və arxiv şöbəsi
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Sənədlərlə iş və arxiv şöbəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Əmək Məcəlləsini, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını, Elm və Təhsil Nazirliyinin normativ xarakterli aktlarını, Azərbaycan Respublikasında qüvvədə olan müvafiq qanunvericilik aktlarını, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlığın aparılmasına dair Təlimat”ı, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununu, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və payların (səhmlərin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və dövlət büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydaları”nı, Akademiyanın Nizamnaməsini, şöbənin Əsasnaməsini, DİA-nın Elmi Şurasının qərarlarını, rektorun əmrlərini və sərəncamlarını rəhbər tutur.
Şöbə 1999-cu ildən, DİA təşkil edildiyi gündən fəaliyyətə başlamış və uzun illər “Ümumi şöbə” adı ilə fəaliyyət göstərmişdir. Dövlət orqanlarından, ictimai təşkilatlardan, hüquqi və fiziki şəxslərdən Akademiyaya daxil olan xidməti sənədlər, habelə digər korrespondensiya Sənədlərlə iş və arxiv şöbəsi tərəfindən qəbul edilir və qeydə alınır. Daxil olan xidməti sənədlərin məxfiliyi qorunmaqla müvafiq struktur bölmələrinə verilməsi şöbə tərəfindən təmin olunur.
Rektorun sərəncam və əmrləri şöbə tərəfindən rəsmiləşdirilir və müvafiq bölmələrə göndərilir. Rəhbərlik tərəfindən dərkənarla DİA-nın müvafiq struktur bölmələrinə ünvanlanan məktub və sənədlər şöbədə qeydiyyata alınır və aidiyyəti üzrə çatdırılır. Rəhbərliyin normativ aktlarının və digər tapşırıqlarının icrasına nəzarət və icranın yoxlanılması işlərinin təşkilinə Sənədlərlə iş və arxiv şöbəsinin müdiri rəhbərlik edir.
Sənədlərlə iş və arxiv şöbəsinin tərkibinə şöbə müdiri, mütəxəssis, kargüzar, kargüzar-operator və arxivçi daxildir. Şöbənin işçiləri şöbə müdirinə tabedir. İşçilər arasında vəzifə bölgüsü şöbə müdiri tərəfindən həyata keçirilir.
Sənədlərlə iş və arxiv şöbəsi Akademiyanın müstəqil struktur bölməsi olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
- Daxil olan sənədləri qəbul edir, qeydə alır və aidiyyatı üzrə icraçılara çatdırır;
- Sənədlərin təyinatı üzrə göndərilməsini təmin edir;
- Sənədlərin icra müddətinə nəzarət edir;
- Sənədlərin nomenklatur siyahılarının hazırlanmasını həyata keçirir;
- Sənədləri saxlanılma müddətinə uyğun olaraq arxivə təhvil verir;
- Sənədlərin arxivdə saxlanması və onlardan istifadə olunmasını təmin edir;
- Akademiyanın struktur bölmələri arasında əlaqələrin təmin edilməsi və xidmət üzrə texniki funksiyaları yerinə yetirir;
- Kargüzarlığın müntəzəm surətdə təkmilləşdirilməsi məqsədilə Akademiyanın bütün fəaliyyət sahələrində kargüzarlıq işinə metodiki rəhbərliyi həyata keçirir və kargüzarlığın peşə hazırlığını artırır;
- Elektron Sənəd Dövriyyəsi (ESD) sistemi üzərindən korrespondensiya işlərini həyata keçirir, DİA-da elektron sənəd dövriyyəsinə nəzarət edir;
- Akademiyanın sənədlərinin məxfiliyinin qorunmasını təmin edir.
Sənədlərlə iş və arxiv şöbəsinin müdiri Kəramət Tələt oğlu Qənbərovdur.
Telefon: (012) 437-19-75
E-mail: info@dia.edu.az