İCTİMAİ ƏLAQƏLƏR ÜZRƏ MÜŞAVİR

ZAUR MƏMMƏDOV

siyasi elmlər üzrə fəlsəfə doktoru.

Həyatı və əmək fəaliyyəti

Bakı şəhərində anadan olmuşdur. 

Siyasi analitika  və elmi – pedaqoji fəaliyyət ilə məşquldur. 

Əmək fəaliyyəti:

-2014 –cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  Politologiya və siyasi idarəetmə kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. Siyasət nəzəriyyəsi, politologiya, demokratiya və vətəndaş cəmiyyəti, parlamentarizm: tarix və müasirlik, siyasi institutlar, milli təhlükəsizlik, konfliktologiya, siyasi konsaltinq  kimi fənləri tədris edir və ya edib.

- 2021 –ci ilin 1 oktyabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Sosial iş, təlim – tərbiyə və təşkilati məsələlər üzrə müşavir vəzifəsində işləmişdir. 

-2025 -ci ilin 1 mart tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun İctimai əlaqələr məsələləri üzrə müşaviridir.

-2019-2021 –ci illərdə televiziya kanallarında analitik proqramlarının müəllifi və aparıcısı olub. 44 günlük müharibə dövründə APA informasiya agentliyində azərbaycanca, rusca və ingiliscə analitik məqalələr yazıb. Lider TV və Space TV kimi telekanallarda müəllif proqramı aparmışdır.

 -Bakı Politoloqlar Klubu İctimai Birliyinin direktorudur.

İctimai  fəaliyyəti və konfranslar

Mütǝmadi olaraq beynǝlxalq konfranslarda iştirak edir, çıxış edir, yerli və xarici mediaya müsahibələr verir.  

 Aşağıdakı tədbirlərin təşkilatçısı olmuşdur:

-2022 -ci ildə “Tarixi qələbənin siyasi – ideoloji əsasları” adlı konfrans.

-2022 -ci ilin dekabrında Bakıda xarici səfirlərin və diplomatların iştirakı ilə “Azərbaycanlıların timsalında dünyada xalqların deportasiyası problemi: hazırkı durum və çağırışlar” adlı dəyirmi masa.

-2023 -cü ildə “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ümumilli lider Heydər Əliyevin rolu” kimi ümumrespublika seminarları.

-2023 -cü ildə Ulu Öndər Heydər Əliyevin anadan olunması münasibətilə “Universitetlərarası intellektual yarış”.

- 2024 -cü ilin may ayında İtaliya parlamentində yerli ekspert, iş adamları və siyasətçilərin iştirakı ilə “İtaliya, Avropa İttifaqı və Azərbaycan arasında əlaqələr: enerji təhlükəsizliyi və xarici siyasət” adlı tədbir.

- 2025 -ci ilin payızı. “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsasları” adlı Ümumrespublika seminarları.

 Aşağıdakı dövlət tədbirlərində iştirak və  çıxış etmişdir (onlardan seçilmişləri):

-       4 noyabr 2022. Milli Məclisin komitəsində  “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə.

-       3 mart 2023.  Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə.

-       12 iyun 2023. Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə.

-       21 yanvar 2025. "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfrans.

-       10 mart 2025.  İctimai birliklər və dini qurumlar komitəsinin  təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu" mövzusunda ictimai dinləmə.

-       24 noyabr 2025.  Türk Dövlətləri üzv ölkələrinin vətəndaş cəmiyyətlərinin Həmrəylik Forumu. Azərbaycan – Qazaxıstan QHT -lərinin I Forumunun moderatoru.

DÖVLƏT TƏLTİFLƏRİ

- 2 fevral 2024 -cü ildə  Prezident İlham Əliyevin Sərəncamı ilə  “Heydər Əliyevin 100 illiyi” yubiley  medalı ilə təltif edilib.

 -10 dekabr 2024 -cü ildə Prezident İlham Əliyev tərəfindən “COP 29”-da fəal iştirakına görə Təşəkkürnamə ilə təltif edilib.