Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika elmi-praktik konfransı

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika elmi-praktik konfransı

02 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan xalqının Ümummilli lideri HEYDƏR ƏLİYEVİN anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Azərbaycanda davamlı inkişafın formalaşmasında Heydər Əliyevin rolu” mövzusun­da doktorantların və gənc tədqiqatçıların Respublika elmi-praktik konfransı keçiriləcəkdir.

Tezislər aşağıdakı istiqamətlər üzrə qəbul olunur:

Davamlı inkişafın idarə edilməsi

Dövlət idarəçiliyi

Beynəlxalq münasibətlər

Politologiya

Fəlsəfə

Tarix

Hüquq

İqtisadiyyat

Kompüter elmləri

Konfransda iştirak etmək istəyənlər elmi tədqiqat işlərini 19 aprel 2024-cü il, saat 17:00-dək tezis şəklində (1-3 səhifə olmaqla) international.department@dia.edu.az elek­tron ünvanına göndərə bilərlər.

Tezislər A5 kağız ölçüsundə, hər tərəfdən 2 sm olmaqla, 12 pt ölçülü (1.15 interval) Times New Roman şrifti ilə (Azərbaycan, Rus və ya İnglis dilində) Microsoft Word redaktorunda (*.doc) formatında yazılmalıdır.

Tezislərin tərtibi üçün nümunə faylına keçid:

Hörmətlə,

Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsi,

Əlaqə: Tel: +99412 492 65 52