Təkrar ali təhsil almaq üçün qiyabi şöbəyə sənəd qəbulu
E L A N
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəcilik
Akademiyası 2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə təkrar ali təhsil almaq üçün qiyabi şöbəyə
sənəd qəbulu elan edir
1. Dövlət və bələdiyyə idarəetməsi 2. Menecment 3. Beynəlxalq münasibətlər 4. Politologiya Tədris distant və ya qiyabi formalarda (ödənişli əsaslarla) təşkil edilir. Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla (iş stajı 1 ildən az olmayaraq) Dövlət İdarəçilik Akademiyası arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər: - Rektorun adına ərizə ; - göndəriş-zəmanət məktubu (məktubun əsli poçtla və ya şəxsən təqdim edilir) - əmək kitabçasının surəti ( hal-hazırda işləməsi göstərilmək şərti ilə) - ali təhsil haqqında sənədin diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri; - sağlamlıq haqqında arayış; - şəxsiyyəti təsdiq edən sənəd - 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil Xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra DİA-da təkrar ali təhsil ala bilərlər. Təqdim olunan sənədlər müvafiq tələblərə cavab verdiyi halda iddiaçılar təkrar ali təhsil almaq hüququnu qazanırlar. Qəbul zamanı dövlət orqanlarının tövsiyyə məktubu ilə gələn şəxslərə üstünlük verilir. Sənədlərin qəbulu 2020-ci il iyun ayının 1-dən hər gün (şənbə və digər istirahət günlərindən başqa) saat 10.00-dan 17.00-dək Akademiyanın inzibati-tədris binasında (1-ci mərtəbə, 23 nömrəli otaq) və elektron formada aparılacaq (qeydiyyat).Ünvan: Bakı, Lermontov küç., 74
Telefon: 492-66-19
Rektorluq