FƏLSƏFƏ DOKTORU IMTAHANLARININ KEÇIRILMƏ QAYDASI

E L A N

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası
Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli 06-R nömrəli qərarı ilə təsdiq
edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”nın tələblərinə uyğun
olaraq Dövlət İdarəçilik Akademiyasında 2024-cü il iyun ayının 24-dən 30-dək
ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları keçiriləcəkdir.
İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün aşağıdakı
sənədlər təqdim edilir:
- şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmaqla iddiaçının ərizəsi;
- iddiaçı Dövlət İdarəçilik Akademiyasının doktorantı (dissertantı) olmadığı
halda, onun dissertasiya işinin yerinə yetirildiyi müəssisədən müvafiq
müraciət məktubu.

Proqramlarla aşağıdakı linklərdə tanış ola bilərsiniz:

  1. “Davamlı inkişafın idarə edilməsi”
  2. “Dövlət İdarəçiliyi”
  3. “Beynəlxalq münasibətlər”
  4. “Siyasi institutlar və sistemlər”
  5. “Müəssisələrin təşkili və idarə olunması”
  6. “Siyasi nəzəriyyə”