Fəlsəfə doktoru imtahanlarının keçirilmə qaydaları

E L A N

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli 06-R nömrəli qərarı ilə təsdiq edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”nın tələblərinə uyğun olaraq Dövlət İdarəçilik Akademiyasında 2024-cü il noyabr ayının 25-dən dekabr
ayının 10-dək ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları keçiriləcəkdir.
İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilir:
- şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmaqla iddiaçının ərizəsi;
- iddiaçı Dövlət İdarəçilik Akademiyasının doktorantı (dissertantı) olmadığı halda, onun dissertasiya işinin yerinə yetirildiyi müəssisədən müvafiq müraciət məktubu.

Fənn proqramları:

1. BEYNƏLXALQ MÜNASİBƏTLƏR

2. SİYASİ İNSTİTUTLAR VƏ SİSTEMLƏR

3. SİYASİ NƏZƏRİYYƏ