Fəlsəfə doktoru imtahanında iştirak etmək üçün lazım olan sənədlər

E L A N

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası
Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli 06-R nömrəli qərarı ilə təsdiq
edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”nın tələblərinə uyğun
olaraq Dövlət İdarəçilik Akademiyasında 2023-cü il dekabr ayının 20-dən 30-dək
ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları keçiriləcəkdir.
İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün aşağıdakı
sənədlər təqdim edilir:
– şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmaqla iddiaçının ərizəsi;
– iddiaçı Dövlət İdarəçilik Akademiyasının doktorantı (dissertantı) olmadığı
halda, onun dissertasiya işinin yerinə yetirildiyi müəssisədən müvafiq müraciət məktubu.

İxtisaslar:

“Siyasi institutlar və sistemlər”

“Siyasi nəzəriyyə”

“Davamlı inkişafın idarə edilməsi”

“Beynəlxalq münasibətlər”

“Dövlət İdarəçiliyi”