ERASMUS + HEYƏT HƏRƏKƏTLİLİK ÇAĞIRIŞI
E L A N
ERASMUS + HEYƏT HƏRƏKƏTLİLİK ÇAĞIRIŞI
DİA əməkdaşlarının nəzərinə!
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 2024/2025-ci akademik ili üçün Erasmus+mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetinə sənəd qəbulu elan edir.
Kimlər müraciət edə bilər?
- DİA-nın Biznes İdarəçiliyi, İqtisadiyyat, Beynəlxalq münasibətlər, Dövlət İdarəçiliyi ixtisası üzrə əməkdaşları və ya İnzibati heyəti - (1 yer)
- B2 səviyyədə ingilis dili biliyi olanlar
Müraciət zamanı lazım olan sənədlər:
- CV (ingilis dilində)
- Səfər məqsədinin planı
Hərəkətlilik müddəti:
Proqram 1 həftəni əhatə edəcək.
Maliyyələşmə:
Bütün xərclər Avropa İttifaqının Erasmus+ təqaüdü hesabına ödəniləcəkdir.
Yuxarıda sadalanan meyarlara uyğun namizədlərin tələb olunan sənədləri International.department@dia.edu.az e-mail ünvanına göndərilməlidir. İlkin şərtləri ödəyən namizədlər müsahibəyə dəvət olunacaq.
Müraciət üçün son tarix: 07.02.2025