ELMİ KONFRANS

E L A N

29 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət qulluğu və kadr siyasəti”
kafedrasının “Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və
perspektivlər” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.

Tezislər aşağıdakı istiqamətlər üzrə qəbul olunur:

Dövlət idarəçiliyi
Dövlət qulluğun təşkili və idarə edilməsi
Menecment
Ictimai siyasət
Heyətin idarə edilməsi

Konfransda iştirak etmək istəyənlər tezislərini 10 aprel 2024-cü il, saat 17:00-
dək tezis şəklində (1-3 səhifə olmaqla) dqks@dia.edu.az elektron ünvanına
göndərə bilərlər.

Tezislər A5 kağız ölçüsundə, hər tərəfdən 2 sm olmaqla, 12 pt ölçülü (1.15
interval) Times New Roman şrifti ilə (Azərbaycan, Rus və ya İnglis
dilində) Microsoft Word redaktorunda (*.doc) formatında yazılmalıdır.