DİA 2025-2026-cı tədris ili üçün aşağıdakı kafedralarda boş olan və ya müqavilə müddəti başa çatmaqda olan vəzifələri tutmaq üçün müsabiqə elan edir
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
2025-2026-cı tədris ili üçün aşağıdakı kafedralarda boş olan və ya müqavilə müddəti başa çatmaqda olan vəzifələri tutmaq üçün müsabiqə elan edir:
- Dövlət İdarəçiliyi və menecment kafedrası – dosent - 1ştat
- Politologiya və siyasi idarəetmə kafedrası - dosent -1ştat
- Fəlsəfə və sosial psixologiya kafedrası – dosent -1 ştat
- İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrası - dosent-2 ştat
- İntellektual sistemlərin idarə olunması kafedrası -baş müəllim-1 ştat
Müsabiqə elan edilən vəzifələrə qəbul “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması Qaydaları haqqında Əsasnamə”yə (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 403 saylı əmrinə Əlavə 1) uyğun olaraq aparılır.
Dosent vəzifəsini tutmaq üçün müsabiqədə professorlar, dosentlər, elmlər doktorları və müvafiq elm sahəsi üzrə fəlsəfə doktorları iştirak edə bilərlər.
Baş müəllim vəzifəsinə elan olunmuş müsabiqədə ən azı 3 illik elmi-pedaqoji stajı olan müvafiq elm sahəsi üzrə fəlsəfə doktoru və ya ən azı 5 illik elmi-pedaqoji stajı və ya istehsalat təcrübəsi, kafedranın profili üzrə çap olunmuş elmi-metodiki işləri olan yüksək ixtisaslı ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər.
Müsabiqə rektorun əmrilə yaradılan xüsusi komissiya vasitəsilə keçirilir və aşağıdakı mərhələləri əhatə edir:
- iddiaçının təqdim etdiyi göstəricilərin qiymətləndirilməsi,
- müsahibə,
- müəllimin dərs təqdimatı.
Müraciət ərizəsində iddiaçıların hansı kafedranın vakant olan (və ya olacaq) ştatına işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istədiklərinin qeyd edilməsi vacibdir.
Əlaqə telefonu: (012) 492 81 12
Ünvan: Azərbaycan Respublikası, Bakı ş., Səbail r., AZ 1001, Lermontov küç.74
Rektorluq