Davamli inkişafin planlaşdirilmasi və idarə edilməsi kafedrasının tarixi

İdarəçilik Akademiyasının Elmi-Şurasının  2013-ci il 30 dekabrında keçirdiyi iclasında “Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi” kafedrasının yaradılması haqda 01/380 nömrəli qərar qəbul edilmişdir. Yeni yaradılan kafedranın əməkdaşları müxtəlif elm sahələrini təmsil edərək, davamlı inkişafın  çoxşaxəli istiqamətlərini tədris prosesində tələbələrə və magistrantlara dərindən açıqlamaq və izah etmək məqsədini qarşıda qoymuşlar. Kafedranın professor-müəllim həyəti iqtisadiyyat, siyasət, ekologiya, biologiya, kimya, coğrafiya,  texnika və  beynalxalq münasibətlər sahələrində elmi dərəcələri olan yüksək ixtisaslı mütəxəsisslərdən ibarətdir. Tədris prosesində ümumi kursalrla yanaşı, kafedranın ixtisas profilinə uyğun,  “Davamli inkişafın əsasları”, “Qlobal təhlükəsizlik sistemi və davamlı inkişaf”, “İnsan inkişafı”, “Ətraf mühit və onun idarə edilməsi”, “İnnovasiya və davamlı inkişaf” və digər fənnlər tədris olunur. Kafedranın fəaliyyətində əsas məqsəd – yüksək ixtisaslı mütəxəsisslərin hazırlanması və onların əldə etdiyi biliklərinin idarə etmə prosesində tətbiq olunma bacxarığının formalaşdırmasıdır.Yalnız belə halda hazırladığımız gənc mütəxəsisslər, əmək bazarında rəqabətə qabiliyyətli olaraq, Akademiyada topladığı  bilik və bacarıqlarını öz iş fəaliyyətlərində tətbiq etmək imkanını əldə edəcəklər. Kafedranın fəaliyyətində, tədris prosesi ilə yanaşı, elmi araşdırma işlərinə də diqqət verilir.