Untitled Document
Untitled Document
AZ RU EN
• Akademiya haqqında
• Akademiyanın yaradılması haqqında fərman
Təhsil
Elmi prioritetlər
DİA-ya qəbul qaydaları
DİA-nın strukturu
• Xəbərlər
• Elanlar
• Beynəlxalq əlaqələr
• Partnyorlar
Rektor
Böyük Elmi Şura
Elmi-Metodiki Şura
İxtisaslaşdırılmış Müdafiə Şurası
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının İdarəetmə bölməsi
Elmi hissə

• Rəhbər kadrların ixtisasının artırılması
İnzibati idarəetmə
• Siyasi idarəetmə

Dövlət qulluğu və kadr siyasəti
Dövlət idarəetməsi və menecment
Dövlət idarəçiliyində informasiya texnologiyaları
Dövlət idarəçiliyinin hüquqi təminatı
Dövlət quruculuğu və hüquq
İqtisadiyyatın dövlət tənzimlənməsi
Politologiya və siyasi idarəetmə
Beynəlxalq münasibətlər və xarici siyasət
Tarix
Fəlsəfə və sosial psixologiya
Dillər
Ümumi məlumat
Elektron kitabxana
EBSCO məlumat bazası
Kitablar
Jurnallar
İctimai təşkilatlar
• Həmkarlar İttifaqı Komitəsi
• Tələbə-Gənclər Təşkilatı
• Tələbə Elmi Cəmiyyəti

PREZİDENT
TƏQAÜDÇÜLƏRİMİZ

FAYDALI LİNKLƏR

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikasının Milli Məclisi


 







 









 

 

 

Untitled Document

Tanınmış alim SEYFƏDDİN QƏNDİLOV son mənzilə yola salınmışdır


Seyfəddin Tağı oğlu Qəndilov

Azərbaycanın təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Tağı oğlu Qəndilov 2010-cu il iyulun 20-də ömrünün 80-ci ilində vəfat etmişdir.
Seyfəddin Qəndilov 1930-cu il sentyabr ayının 26-da Tərtər rayonunda anadan olmuşdur. Orta məktəb təhsilini başa vurduqdan sonra, 1948-1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alaraq bu ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş, 1953-1956-cı illərdə isə həmin universitetin aspiranturasında oxumuşdur.
Əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan Dövlət Universitetində komsomol komitəsinin katibi kimi başlayan Seyfəddin Qəndilov burada 1958-ci ildə assistent vəzifəsində çalışmışdır. Sonrakı illərdə müxtəlif ali məktəblərdə, o cümlədən 1958-1962-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda dosent, 1962-1966-cı illərdə Azərbaycan Dövlət Universitetində dosent, 1966-1971-ci illərdə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda kafedra müdiri olmuşdur. 1971-ci ildə o, yenidən indiki Bakı Dövlət Universitetinə qayıdaraq professor və kafedra müdiri vəzifələrini tutmuşdur. Seyfəddin Qəndilov 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rəhbərlik etmişdir.
Seyfəddin Qəndilov 1958-ci ildə tarix elmləri üzrə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Onun çoxillik səmərəli araşdırmalarının nəticələri 400-ə yaxın məqalədə, bir sıra monoqrafiyada və dərsliklərdə əksini tapmışdır.
Uzun illər ərzində tarixçi-politoloq, siyasi icmalçı olaraq Seyfəddin Qəndilov özünün əhatəli siyasi biliyi, zəngin elmi-pedaqoji səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti sayəsində respublikamızda və onun hüdudlarından kənarda tanınmışdır. Alimin tədqiqatlarının aparıcı istiqamətini siyasi tarix, beynəlxalq həyat və xarici siyasətlə bağlı problemlərin öyrənilməsi təşkil etmişdir.
Seyfəddin Qəndilovun müxtəlif illərdə sülh, Avropada təhlükəsizlik, milli azadlıq hərəkatı və tərksilah məsələlərini geniş işıqlandıran kitabları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Onun iyirminci əsrdə Yaxın Şərq, Latın Amerikası və Afrika qitəsində cərəyan edən siyasi proseslərlə bağlı silsilə yazıları, radio və televiziya ilə beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələrin şərhinə dair müntəzəm çıxışları yüksək peşəkarlıq nümunəsi kimi yadda qalmışdır.
Professor Seyfəddin Qəndilovun rəhbərliyi altında bir neçə doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir. Onun mötəbər beynəlxalq konfrans, elmi simpozium və nüfuzlu toplantılardakı çıxışları mütəxəssislərin marağına səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ilk rektoru olan Seyfəddin Qəndilov göstərdiyi çoxşaxəli fəaliyyəti ilə respublikamızda dövlət qulluğu sahəsində kadr hazırlığı işinə layiqli töhfələr vermişdir.
Seyfəddin Qəndilov öz elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ölkəmizin ictimai həyatında da fəal iştirak edərək, əsl vətəndaşlıq mövqeyi tutmuş və milli dövlətçilik prinsiplərinə sadiq qalmışdır.
Tanınmış pedaqoq və alim, əsl ziyalı və səmimi insan Seyfəddin Tağı oğlu Qəndilovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV, Artur RASİ-ZADƏ, Oqtay ƏSƏDOV, Ramiz MEHDİYEV, Elçin ƏFƏNDİYEV, Hacıbala ABUTALIBOV, Fatma ABDULLAZADƏ, Əli HƏSƏNOV, Mahmud KƏRİMOV, Misir MƏRDANOV, Şəmsəddin HACIYEV, Abel MƏHƏRRƏMOV, Cəmil QULİYEV, Nailə VƏLİXANLI, Yaqub MAHMUDOV, Yusif MƏMMƏDOV

"Xalq" qəzeti
22 İyul 2010, Cümə axşamı

 

İyulun 21-də əməkdar elm xadimi, Azərbaycan təhsilinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilovla vida mərasimi keçirilmişdir.
Vida mərasimində dövlət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mərhumun cənazəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdu. Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuş, fəxri qarovul düzülmüşdü. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər qoyulmuşdu.
Seyfəddin Qəndilovun həmkarları, dostları, tanışları, tanınmış elm xadimləri axın-axın akademiyanın binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.
* * *
S.Qəndilov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, sonra təhsilini həmin universitetin aspiranturasında davam etdirmişdir.
S.Qəndilov əmək fəaliyyətinə universitetdə komsomol komitəsinin katibi kimi başlamış, müxtəlif ali məktəblərdə dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır. O, 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rəhbərlik etmişdir.
400-ə yaxın məqalənin, bir çox monoqrafiyanın və dərsliklərin müəllifi olan S.Qəndilov elmi kadrların yetişməsində yaxından iştirak etmiş, onun rəhbərliyi altında xeyli doktorluq və namizədlik dissertasiyası müdafiə olunmuşdur.
* * *
Vida mərasimində çıxış edən alimin oğlu Lətif Qəndilov ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Sonra böyük alim, nurlu ziyalı Seyfəddin Qəndilov doğmaları və yaxınlarının çiyinlərində son mənzilə yola salınmışdır.
Mərhum 2-ci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin!

AzərTAc
22 İyul 2010, Cümə axşamı

 

Untitled Document



Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var,
Heydər Əliyev
ürəklərdə yaşayacaqdır !

 

../albom/bayraq-xarita.jpg

Azərbaycanın dövlət müstəqilliyi yaşamış, möhkəmlənmiş, inkişaf etmiş, Azərbaycan dünya birliyində, bütün beynəlxalq təşkilatlarda öz yerini tutmuş, Azərbaycanın bayrağı bütün qitələrdə müxtəlif tədbirlərdə yüksəlmiş, Azərbaycanın Himni dünyanın hər yerində səslənmişdir.

Heydər Əliyev

 

Dövlətçiliyimiz

- Azərbaycan Respublikası

- İstiqlal Bəyannaməsi (28 may 1918)

- Müstəqillik aktı (18 oktyabr 1991)

- Konstitusiya (12 noyabr 1995)

- Dövlət rəmzləri

AllWebMenus


Dövlət
bayrağı
AllWebMenus Dövlət
gerbi
AllWebMenus
Dövlət
himni


       

 

 


 

 

 

 

 

 

Untitled Document

Əsas səhifə      Sayt haqqında      Fotoalbom      Əlaqə vasitələri     Forum

Untitled Document