Untitled Document
Untitled Document
AZ RU EN
• Akademiya haqqında
• Akademiyanın yaradılması haqqında fərman
Təhsil
Elmi prioritetlər
DİA-ya qəbul qaydaları
DİA-nın strukturu
• Xəbərlər
• Elanlar
• Beynəlxalq əlaqələr
• Partnyorlar
Rektor
Böyük Elmi Şura
Elmi-Metodiki Şura
İxtisaslaşdırılmış Müdafiə Şurası
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının İdarəetmə bölməsi
Elmi hissə

• Rəhbər kadrların ixtisasının artırılması
İnzibati idarəetmə
• Siyasi idarəetmə

Dövlət qulluğu və kadr siyasəti
Dövlət idarəetməsi və menecment
Dövlət idarəçiliyində informasiya texnologiyaları
Dövlət idarəçiliyinin hüquqi təminatı
Dövlət quruculuğu və hüquq
İqtisadiyyatın dövlət tənzimlənməsi
Politologiya və siyasi idarəetmə
Beynəlxalq münasibətlər və xarici siyasət
Tarix
Fəlsəfə və sosial psixologiya
Dillər
Ümumi məlumat
Elektron kitabxana
EBSCO məlumat bazası
Kitablar
Jurnallar
İctimai təşkilatlar
• Həmkarlar İttifaqı Komitəsi
• Tələbə-Gənclər Təşkilatı
• Tələbə Elmi Cəmiyyəti

PREZİDENT
TƏQAÜDÇÜLƏRİMİZ

FAYDALI LİNKLƏR

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikasının Milli Məclisi


 







 









 

 

 

Untitled Document

DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA DÖVLƏT QULLUĞU GÜNÜ İLƏ BAĞLI KONFRANS OLMUŞDUR

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Azərbaycanda dövlət qulluğunun hüquqi, mənəvi-psixoloji əsasları" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Dövlət qulluqçularının peşə bayramı - Beynəlxalq Dövlət qulluğu gününə həsr olunmuş tədbiri Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq müstəqil Azərbaycan Respublikasında dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərinə Ümummilli Lider Heydər Əliyevin töhfələrini vurğulamışdır. Rektor respublikamızda dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlardan söz açmış, bu məsələlərin Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanıldığını bildirmişdir. Artıq ölkəmizdə çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən professor S.Qəndilov uzun illər ərzində idarəçilik sistemində fəaliyyət göstərən və bu sahədə zəngin təcrübəyə malik olan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Dövlət Qulluğunu İdarəetmə Şurasına başçılıq etməsinin qurumun uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri olduğunu bildirmişdir.
"Azərbaycanda dövlət qulluğunun inkişafı" mövzusunda məruzə ilə çıxış edən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri, hüquq elmləri namizədi Bəhram Xəlilov artıq beşinci ildir ki, ölkəmizdə bayram kimi qeyd edilən bu günün əhəmiyyətindən danışmış, dövlət qulluğu sahəsində son dövrlərdə əldə olunmuş nailiyyətlərdən söz açmışdır. Bildirmişdir ki, dövlət qulluğu sahəsində aparılan islahatların nəticəsi olaraq 2000-ci il iyulun 21-də "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanunun qəbul edilməsi ilə ölkədə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur.
Bəhram Xəlilov demişdir ki, rəhbərlik etdiyi komissiyanın əsas məqsədləri dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiya və sosial müdafiəsi sahəsində, həmçinin digər məsələlər barədə qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Komissiya dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid siyasəti həyata keçirir, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması ilə bağlı təkliflər hazırlayır. Komissiya eyni zamanda, bu istiqamətdə normativ-hüquqi aktların layihəsini hazırlayır, dövlət qulluqçularının peşə hazırlığı, ixtisasının artırılması sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirir.
Konfransda, həmçinin DİA-nın Dövlət quruculuğu və hüquq kafedrasının dosenti, hüquq elmləri namizədi Əli Rzayevin "Azərbaycan Respublikasında dövlət qulluğunun bəzi hüquqi problemləri" və Fəlsəfə və sosial psixologiya kafedrasının dosenti, psixologiya elmləri namizədi Bayram Haqverdiyevin "Dövlət qulluğunun səmərəliliyinin mənəvi-psixoloji əsasları" mövzularında məruzələri dinlənilmişdir.
Məruzələr ətrafında müzakirələr aparılmışdır.

"Azərbaycan" qəzeti , AzərTAc
24.06.2010

Foto

../albom/DSC_9251+.JPG ../albom/DSC_9245+.JPG
../albom/DSC_9263+.JPG ../albom/DSC_9266.JPG
../albom/DSC_9268+.JPG ../albom/DSC_9271+.JPG


Untitled Document



Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var,
Heydər Əliyev
ürəklərdə yaşayacaqdır !

 

../albom/bayraq-xarita.jpg

Azərbaycanın dövlət müstəqilliyi yaşamış, möhkəmlənmiş, inkişaf etmiş, Azərbaycan dünya birliyində, bütün beynəlxalq təşkilatlarda öz yerini tutmuş, Azərbaycanın bayrağı bütün qitələrdə müxtəlif tədbirlərdə yüksəlmiş, Azərbaycanın Himni dünyanın hər yerində səslənmişdir.

Heydər Əliyev

 

Dövlətçiliyimiz

- Azərbaycan Respublikası

- İstiqlal Bəyannaməsi (28 may 1918)

- Müstəqillik aktı (18 oktyabr 1991)

- Konstitusiya (12 noyabr 1995)

- Dövlət rəmzləri

AllWebMenus


Dövlət
bayrağı
AllWebMenus Dövlət
gerbi
AllWebMenus
Dövlət
himni


       

 

 


 

 

 

 

 

 

Untitled Document

Əsas səhifə      Sayt haqqında      Fotoalbom      Əlaqə vasitələri     Forum

Untitled Document