|
Untitled Document
|
Untitled Document
|
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA PROTOKOL İMZALANMIŞDIR
|
 
İyunun 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Türkiyə və Orta Şərq İdarəetmə İnstitutu arasında protokol imzalanmışdır. Ölkələrimiz arasında idarəçilik üzrə təhsil əlaqələrini genişləndirmək məqsədilə imzalanmış bu mühüm əhəmiyyətli sənəd Türkiyə və Orta Şərq İdarəetmə İnstitutunun Baş direktoru prof. Dr. Eyyup Günay İsbirin ölkəmizə səfəri za manı həyata keçirilmişdir.
Səfər zamanıqonaq ölkəmizin təhsil sistemi, Akademiyanın strukturu, beynəlxalq əlaqələri ilə ətraflı tanış olmuş, Akademiyadakı tədris prosesi ilə yaxından maraqlanmışdır.
Prof. Dr. Eyyup Günay İsbir Türkiyə və Orta Şərq İdarəetmə İnstitutu haqqında geniş məlumat vermiş, əsas məqsədi Türkiyə və Orta Şərqin bəzi ölkələri üçün yüksək ixtisaslı idarəçilik kadrları hazırladıqları barədə danışmışdır.
Akademiyanın rektoru, əməkdar elm xadimi, prof. S.T.Qəndilov xalqlarımız arasında qarşılıqlı əlaqələr yaradılmasında yaxından və fəaliştirak etməyə görə qonağa minnətdarlığını bildirmiş, bu görüşlərin davamedəcəyinə, tə masların genişlənəcəyinə əmin olduğunu, əməkdaşlığın təməlinin qoyulması və bütünstrukturlar üzrə davam etdirilməsini qeyd etmişdir.
Türkiyə və Orta Şərq İdarəetmə İnstitutunun Baş direktoru, prof. Dr. Eyyup Günay İsbir səfərləbağlı təəssüratlarını bölüşmüş, söhbət zamanı hər iki təhsil ocağı arasında gələcəkdə yerinə yetiriləcək vəzifələrin başlıca istiqamətləri müzakirə edilmiş, tövsiyə və məsləhətlər ətrafında geniş danışıqlar aparılmışdır.
DİA-nın Mətbuat və İnformasiya Xidməti
|
|
|
|
Untitled Document
|