|
Untitled Document
|
Untitled Document
|
DIA-da İsrail səfiri ilə görüş keçirilmişdir |
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Artur Lenk ilə Akademiyanın professor-müəllim, tələbə və müdavimlərinin görüşü keçirilmişdir.
Görüşü Akademiyanın rektoru, əməkdar elm xadimi, prof. Seyfəddin Qəndilov açaraq qonağı salamlamış, ölkələrimiz arasında əlaqələrin günbəgün genişlənməsini qeyd etmiş, İsrail-Azərbaycan münasibətlərinin inkişafı istiqamət ində ölkəmizin prezidenti cənab İlham Əliyevin səylərini xüsusi vurğulamışdır. Rektor dövlətlərarası təmasların daim davam etməsi yönümündə keçirilən tədbirlərdən söz açaraq, az vaxt ərzində İsrail səfirliyinin əməkdaşlarının Akademiyadakı görüşlərindən danışmış, bu təmasların professor-müəllim, tələbə və müdavimlərdə zəngi n təəssürat yaratdığını bildirmişdir.
İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Artur Lenk tədbir iştirakçılarına təmsil etdiyi dövlətin siyasətindən, iqtisadiyyat, təhsil və digər sahələrində görülən işlərdən danışmışdır.
Görüş maraqlı diskus siya ilə davam etmişdir. Səfir professor və müəllimlərin, tələbələrin, habelə Akademiyada təhsil alan məmurların çoxsaylı suallarına cavab vermişdir.
Cənab Artur Lenk səmimi keçən görüş üçün Akademiya rəhbərliyinə və kollektivinə öz dərin minnətdarlığını bildirmişdir.
Sonda Akademiyanın rektoru prof. Seyfəddin Qəndilov maraqlı keçən görüşə görə cənab Artur Lenkə təşəkkür etmişdir.
DİA-nın Mətbuat və İnformasiya Xidməti
|
|
|
|
Untitled Document
|