|
Untitled Document
|
Untitled Document
|
DIA-da elmi-praktik konfrans keçirilmişdir
|
Mayın 21-də Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş «Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti» mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransı Akademiyanın rektoru, əməkdar elm xadimi, prof. Seyfəddin Qəndilov açaraq, Akademiyanın professor-müəllim, tələbə və müdavim, eləcə də bütün kollektivini bayram münasibətilə təbrik etmiş, dövlətçilik salnaməmizin şanlı tarixi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması şəraitindən, onun az vaxt ərzində süquta uğramasının səbəblərindən, müstəqilliyimizin bərpası və qorunub saxlanılması istiqamətində görülən işlərdən danışmış, tarixi təhlillərlə bu mübarizədə baş vermiş hadisələri xatırladaraq, Ümummilli Liderimiz Heydər Əliyevin böyük çətinliklər bahasına müstəqilliyimizin qorunması istiqamətində apardığı müdrik siyasətdən danışmış, həmçinin bugünkü irəliləyişə nail olmağımızda ulu öndərimizin layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyevin xalqımızın tərəqqisi naminə gördüyü işlərin əhəmiyyətindən bəhs etmişdir.
Konfransda t.e.d. Sevda Süleymanova «Azərbaycan Xalq Cümhuriyyəti milli oyanışın məntiqi yekunu kimi», s.e.n. Elçin Əhmədov «Azərbaycan Xalq Cümhuriyyəti və ərazi bütövlüyü problemi», t.e.n. Firdovsiyyə Əhmədova «Azərbaycan Xalq Cümhuriyyətinin qanunvericilik siyasəti və onun realizə mexanizmləri», t.e.n Rahib Əkbərov «Milli dövlətçiliyin formalaşmasında Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin rolu» mövzusunda məruzələrlə çıxış etmişlər.
Sonda Аkademiya tələbələrinin və incəsənət ustalarının ifasında Azərbaycanı tərənnüm edən şerlər və mahnılar səsləndirilmişdir.
DİA-nın Mətbuat və İnformasiya Xidməti
|
|
|
|
Untitled Document
|