Untitled Document
Untitled Document
AZ RU EN
• Akademiya haqqında
• Akademiyanın yaradılması haqqında fərman
Təhsil
Elmi prioritetlər
DİA-ya qəbul qaydaları
DİA-nın strukturu
• Xəbərlər
• Elanlar
• Beynəlxalq əlaqələr
• Partnyorlar
Rektor
Böyük Elmi Şura
Elmi-Metodiki Şura
İxtisaslaşdırılmış Müdafiə Şurası
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının İdarəetmə bölməsi
Elmi hissə

• Rəhbər kadrların ixtisasının artırılması
İnzibati idarəetmə
• Siyasi idarəetmə

Dövlət qulluğu və kadr siyasəti
Dövlət idarəetməsi və menecment
Dövlət idarəçiliyində informasiya texnologiyaları
Dövlət idarəçiliyinin hüquqi təminatı
Dövlət quruculuğu və hüquq
İqtisadiyyatın dövlət tənzimlənməsi
Politologiya və siyasi idarəetmə
Beynəlxalq münasibətlər və xarici siyasət
Tarix
Fəlsəfə və sosial psixologiya
Dillər
Ümumi məlumat
Elektron kitabxana
EBSCO məlumat bazası
Kitablar
Jurnallar
İctimai təşkilatlar
• Həmkarlar İttifaqı Komitəsi
• Tələbə-Gənclər Təşkilatı
• Tələbə Elmi Cəmiyyəti

PREZİDENT
TƏQAÜDÇÜLƏRİMİZ

FAYDALI LİNKLƏR

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikasının Milli Məclisi


 







 









 

 

 

Untitled Document

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı təsdiq olunmuşdur.


Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq edilmiş “Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı”nı təmin etmək məqsədilə Dövlət İdarəçilik Akademiyasında Xocalı faciəsinin on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq olunmuşdur (ƏMR № 23/26  15 fevral 2010-cu il).

Əmrə əlavə

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar

TƏDBIRLƏR PLANI 

 

 

Tədbirin adı

Tədbirin keçirilmə vaxtı
2010-cu il

 

Məsul şəxslər

1

Xocalı soyqırımının on səkkizinci ildönümü ilə əlaqədar xüsusi tədbirin keçirilməsi

24 fevral

Rektorluq

2

Xocalı faciəsini əks etdirən bədii kompozisiyanın təşkil edilməsi

24 fevral

Həmkarlar Komitəsi
f.e.n. Y.Ağayev

3

Xocalı faciəsini əks etdirən kitab və fotolardan ibarət stend-sərgi nümayiş etdirmək (Akt zalının qarşısında)

24 fevral

Elmi kitabxana Z.Həbibova

4

www.garabagh.ws Internet saytının Xocalıya aid bölmələrində olan məlumatlar və video yazılar haqqında tələbələrə məlumat verilsin və saytın bölmələri slaydlarla nümayiş etdirilsin

24 fevral

DİA-nın YUNESKO Mərkəzi və “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi
f.e.n.Y.Ağayev,C.Hacıyev

5

DİA-nın saytına Xocalı faciəsini əks etdirən materiallar daxil edilsin

20-28 fevral

İTM
prof. A.Abbaszadə

6

“Xocalıya ədalət” layihəsi çərçivəsində DİA-da təhsil alan müdavim və tələbələr İnternet vasitəsilə kampaniyaya dəstək verilməsi işini təmin etmək

24-26 fevral

Dekanlar və İTM
prof. A.Abbaszadə

7

DİA-da keçirilən tədbirlərin mətbuatda və DİA-nın jurnalında işıqlandırılmasını təmin etmək

25 fevral

Mətbuat xidməti
f.e.n. S.Məmmədbəyova

8

26 fevral 2010-cu ildə DİA-nın bütün auditoriyalarında ilk dərslər Xocalı faciəsi haqqında ətraflı məlumatlara həsr edilsin və faciənin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilsin

26 fevral

Dekanlar:
prof. N.Axundov,
dos. S.Əliyev, dos.Y.Zeynalov,
dos. N.Qarayev

9

Xocalı faciəsinin qurbanlarının xatirəsinə ucaldılmış abidənin müəllim və tələbələr tərəfindən ziyarətini təşkil etmək

27 fevral

Dekanlar:
dos. S.Əliyev, dos.Y.Zeynalov

XX əsrin faciəsi – Xocalı soyqırımı

Bu gün vətənimizdə, ölkəmizdə matəm günüdür. Xalqımız, Azərbaycanın vətəndaşları Xocalı soyqırımının On səkkizinci ildönümünü yaşayaraq, qeyd edərək eyni zamanda Xocalı faciəsini, soyqırımını dərin hüznlə yad edirlər. Bu gün hamımız Xocalıda soyqırım nəticəsində həlak olanlara, xəsarət alanlara, şikəst olanlara, əsirlikdə qalıb hələ xəbəri bilinməyənlərə - hamısına dərin hörmət və ehtiramımızı bildiririk. Bütün xocalılara onlarla bir yerdə olduğumuzu bəyan edirik.
Xocalı faciəsi təkcə xocalıların yox, bütün Azərbaycan xalqının dərdi, qəmidir. Ona görə də bu gün bütün ölkəmizdə kədər günü, hüzn günüdür, matəm günüdür. Bütün həlak olanlara bir daha Allahdan rəhmət diləyir və xocalılara, bütün Azərbaycan xalqına başsağlığı veririk. Çünki həlak olmuş hər bir soydaşımız öz ailəsi ilə bərabər Azərbaycanın övladıdır və bu, Azərbaycan xalqının matəmidir.
Bu qədər faciəli günlər keçirmiş, o dəhşətli, müdhiş gecəni yaşamış, ən əziz adamlarını gözlərinin qabağında itirmiş insanlar məğrurdurlar, mərddirlər. Hər biri vətən qayğısı, vətən, torpaq eşqi ilə yaşayır. Bu, xalqımızın nə qədər yüksək mənəviyyata malik olduğunu göstərir. Xocalıların bu yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqının mənəvi keyfiyyətlərini əks etdirir. Amma xocalılar hamı üçün örnəkdir, nümunədir - qəhrəmanlıq, mərdlik, mətanətlilik nümunəsidir, eyni zamanda vətənpərvərlik nümunəsidir.
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin "müdafiə naziri"dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir ("Xocalının işğalına dair istintaq materiallarından").
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, "4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbrinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar".
Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir.
Xocalı qaçqınlarının BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətində deyilir: Artıq 10 ildən artıqdır ki, biz, qaçqın vəziyyətinə düşmüş xocalılar, ürək ağrısı və eyni zamanda böyük ümidlə bütün dünyanın sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara müraciət edirik. Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.
Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan edib. Hər il fevralın 26-da saat 17:00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
- 63 nəfəri uşaqlar
- 106 nəfəri qadınlar
- 70 nəfəri qocadır.
8 ailə tamamilə məhv edilmişdir;
25 uşaq hər iki valideyninin itirmişdir;
130 uşaq valideynlərindən birini itirmişdir;

487 nəfər yaralanmışdır, onlardan:
- 76 nəfəri uşaqlardır.
59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi.
1000 nəfərdən çox şəhər sakini əlil oldu.
1275 nəfər əsir və girov götürüldü.
Əsir düşənlərdən 150 nəfəri itkin düşüb və taleyi bu günədək məlum deyil...

Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld.rub dəyərində ziyan vurulmuşdur.

Xocalı soyqırımına dair dünya mətbuatında çıxarışlar:

  • Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər.
  • Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.
  • Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.
  • Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
  • Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.
  • İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.
  • Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır.
  • Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.
  • İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
  • Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "müxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.
  • R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.

Keçidlər:

XOCALI FACİƏSİ - FOTOLAR

Xocalı Soyqırımı (Şəkillər)

 

Untitled Document



Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var,
Heydər Əliyev
ürəklərdə yaşayacaqdır !

 

../albom/bayraq-xarita.jpg

Azərbaycanın dövlət müstəqilliyi yaşamış, möhkəmlənmiş, inkişaf etmiş, Azərbaycan dünya birliyində, bütün beynəlxalq təşkilatlarda öz yerini tutmuş, Azərbaycanın bayrağı bütün qitələrdə müxtəlif tədbirlərdə yüksəlmiş, Azərbaycanın Himni dünyanın hər yerində səslənmişdir.

Heydər Əliyev

 

Dövlətçiliyimiz

- Azərbaycan Respublikası

- İstiqlal Bəyannaməsi (28 may 1918)

- Müstəqillik aktı (18 oktyabr 1991)

- Konstitusiya (12 noyabr 1995)

- Dövlət rəmzləri

AllWebMenus


Dövlət
bayrağı
AllWebMenus Dövlət
gerbi
AllWebMenus
Dövlət
himni


       

 

 


 

 

 

 

 

 

Untitled Document

Əsas səhifə      Sayt haqqında      Fotoalbom      Əlaqə vasitələri     Forum

Untitled Document