Untitled Document
Untitled Document
AZ RU EN
• Akademiya haqqında
• Akademiyanın yaradılması haqqında fərman
Təhsil
Elmi prioritetlər
DİA-ya qəbul qaydaları
DİA-nın strukturu
• Beynəlxalq əlaqələr
• Xəbərlər
• Elanlar
Rektor
Böyük Elmi Şura
Elmi-Metodiki Şura
İxtisaslaşdırılmış Müdafiə Şurası
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının İdarəetmə bölməsi
Elmi hissə

• Rəhbər kadrların ixtisasının artırılması
İnzibati idarəetmə
• Siyasi idarəetmə

Dövlət qulluğu və kadr siyasəti
Dövlət idarəetməsi və menecment
Dövlət idarəçiliyində informasiya texnologiyaları
Dövlət idarəçiliyinin hüquqi təminatı
Dövlət quruculuğu və hüquq
İqtisadiyyatın dövlət tənzimlənməsi
Politologiya və siyasi idarəetmə
Beynəlxalq münasibətlər və xarici siyasət
Tarix
Fəlsəfə və sosial psixologiya
Dillər
Kitablar
Jurnallar
İctimai təşkilatlar
• Həmkarlar İttifaqı Komitəsi
• Tələbə-Gənclər Təşkilatı
• Tələbə Elmi Cəmiyyəti

PREZİDENT
TƏQAÜDÇÜLƏRİMİZ

FAYDALI LİNKLƏR

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikasının Milli Məclisi


 







 









 

 

 

Untitled Document

Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kurslarının növbəti buraxılışı

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursunun növbəti buraxılışı başa çatmışdır.
“İnvestisiya proseslərinin dövlət tənzimlənməsi və dövlətin maliyyə-kredit siyasəti” üzrə kursda İcra Hakimiyyəti orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişlər.
Bu sahədə kursun proqramının əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müasir iqtisadi siyasətin mahiyyətinin və strategiyasının açıqlanması, Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşdırılması və xarici investisiyaların cəlb edilməsinin strateji prioritetləri, dövlətin investisiya və maliyyə-kredit siyasətinin aktual məsələləri və s. problemlərlə bağlı biliklərin sistemləşdirilməsi, dinləyicilərə yeni biliklərin verilməsidir.
Kursda Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi, dövlətin maliyyə sistemi və maliyyə siyasəti, Azərbaycanın müasir iqtisadi siyasəti: mövcud problemlər və perspektivlər, Azərbaycan Respublikasının qeyri-neft sektorunun inkişafı dinamik inkişafın zəruri şərti kimi, Azərbaycanın müasir investisiya siyasəti və regionların sosial-iqtisadi inkişafı mərhələləri, dövlət qulluqçularının siyasi mədəniyyətinin formalaşmasının aktual problemləri və digər məsələləri əhatə edilir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri akademik Ziyad Səmədzadə, İqtisadi İnkişaf nazirliyinin İqtisadi İslahatlar Elmi-tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentinin müşaviri professor Eldar Şahbazov, İqtisadi İnkişaf nazirliyinin şöbə müdirləri Əli Hacıyev, Sahil Babayev, Araz Əliyev, Anar Kərimov, Maliyyə nazirliyinin şöbə müdirləri Məzahir Ağazadə, Pərvin Manafov, Mahir Abdullayev, Mərkəzi Bankın məsul işçiləri Rəna Məlikova, Azər Ələsgərov, Elşən Cəfərov, Dövlət Gömrük Komitəsinin, Vergilər nazirliyinin, Hesablama Palatasının, Auditorlar Palatasının şöbə müdirləri Əzizağa Hüseynov, Elnur Allahverdiyev, Yunis Quliyev, Faiq Nəcəfov Nəcəf Talıbov və tanınmış alim-mütəxəssislər dinləyicilər qarşısında investisiya proseslərinin və dövlətin maliyyə-kredit siyasətinin müasir problemlərinə dair müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.
Dinləyicilər Azərbaycan Respublikası İqtisadi İnkişaf nazirliyinin İqtisadi İslahatlar Elmi-tədqiqat İnstitutunda və Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində təcrübə keçmişlər. Təcrübə zamanı rəhbər işçilər dinləyicilərlə görüşmüş və onları maraqlandıran çoxsaylı suallarını cavablandıraraq öz təşkilatlarının vəzifələri və gördükləri işlər haqqında geniş məlumat vermişlər.
DİA-nın rektoru, əməkdar elm xadimi, prof. S.T.Qəndilov kusun sonunda dinləyicilər qarşısında çıxış edərək kursun işini yekunlaşdırmış, dinləyicilərə müvəffəqiyyətlər arzu etmiş və onlara kursu bitirdiklərinə dair sertifikatlar təqdim etmişdir.

Foto   

../albom/QM KURS 1-13.02.2010/RT-1.JPG

DIA-nın Mətbuat və İnformasiya Xidməti

Untitled Document



Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var,
Heydər Əliyev
ürəklərdə yaşayacaqdır !

 

../albom/bayraq-xarita.jpg

Azərbaycanın dövlət müstəqilliyi yaşamış, möhkəmlənmiş, inkişaf etmiş, Azərbaycan dünya birliyində, bütün beynəlxalq təşkilatlarda öz yerini tutmuş, Azərbaycanın bayrağı bütün qitələrdə müxtəlif tədbirlərdə yüksəlmiş, Azərbaycanın Himni dünyanın hər yerində səslənmişdir.

Heydər Əliyev

 

Dövlətçiliyimiz

- Azərbaycan Respublikası

- İstiqlal Bəyannaməsi (28 may 1918)

- Müstəqillik aktı (18 oktyabr 1991)

- Konstitusiya (12 noyabr 1995)

- Dövlət rəmzləri

AllWebMenus


Dövlət
bayrağı
AllWebMenus Dövlət
gerbi
AllWebMenus
Dövlət
himni


       

 

 


 

 

 

 

 

 

Untitled Document

Əsas səhifə      Sayt haqqında      Fotoalbom      Əlaqə vasitələri     Forum

Untitled Document