|
Untitled Document
|
Untitled Document
|
Dövlət İdarəçilik Akademiyasında elmi konfrans keçirilmişdir |
Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasında 2009-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş “Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsinin elmi əsasları: reallıqlar, problemlər, perspektivlər” mövzusunda elmi konfrans keçirilmişdir.
Konfransı Akademiyanın rektoru, əməkdar elm xadimi, prof. Seyfəddin Qəndilov açaraq mövzu ətrafında geniş məlumat vermiş, Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçilik təcrübəsinin ölkəmizin idarəetmə sisteminin qurulması və inkişafında əhəmiyyətini, Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin öyrənilməsinin zəruriliyini qeyd etmişdir. O, cənab Prüzident İlham Əliyevin Azərbaycanın elmi inkişafa daha çox meyilli olmasını daim diqqət mərkəzində saxladığını qeyd etmişdir.
2009-2015-ci illəri əhatə edən elmin inkişafına dair milli strategiyamızın əhəmiyyəti üzərində xüsusi dayanmışdır. Konfransın plenar iclası və bölmələrdəki məruzələrin əhəmiyyətini ətraflı təhlil edən rektor konfransın işinə uğurlar arzulamışdır.
“Fəlsəfə və sosial psixologiya” kafedrasının müdiri prof. Tofiq Rəsulov “Transformasiya şəraitində Azərbaycanda dövlət idarəçiliyinin və vətəndaş cəmiyyətinin tənzimlənməsinin informasiya təminatı”, “Tarix” kafedrasının müəllimi prof. Sevda Süleymanova “Müstəqil Azərbaycan dövlətinin dövlət quruculuğu və idarəçiliyi sahəsində ilk addımları”, “Dövlət idarəçiliyində informasiya texnologiyaları” kafedrasının dosenti Xatirə Hüseynova “Azərbaycanın indiki regional inkişafında sosial-iqtisadi aspektləri” haqqında danışmış, mövzular ətrarfında fikirlərini konfrans iştirakçıları ilə bölüşmüşlər.
Konfrans işini üç bölmədə davam etdirmişdir. Bölmə iclaslarında 60-dan artıq məruzə və çıxışlar dinlənilmişdir. Azərbaycan Respublikasında dövlət idarəçiliyinin xüsusiyyətləri siyasi proseslərin inkişafı kontekstində, Azərbaycan mədəniyyətinin inkişafında yeni mərhələ, Azərbaycan qadınlarının seçki hüququnun qazanması tarixi, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması tarixi və digər mövzularda maraqlı çıxışlar, geniş fikir mübadiləsi olmuşdur.
Yekun iclasında bölmə rəhbərlərinin məlumatları dinlənilmiş, konfransda səslənən məruzələr ətrafında gələcəkdə Akademiyada aparılacaq elmi işlər barədə maraqlı tövsiyə və təkliflər irəli sürülmüşdür.
Foto
DIA-nın Mətbuat və İnformasiya Xidməti
|
|
|
|
Untitled Document
|