|
Untitled Document
|
Untitled Document
|
DÖVLƏT IDARƏÇILIK AKADEMIYASINDA ŞƏHIDLƏRIN ANIM MƏRASIMI KEÇIRILMIŞDIR
|
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Yığıncaq başlanmazdan əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimi Akademiyanın rektoru əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq 1990-cı ilin qanlı yanvar günlərini xatırlatmış, sovet imperiyasının törətdiyi bu qanlı cinayət aksiyasını xalqımızın milli azadlıq hərəkatını boğmağa, ərazi bütövlüyümüzün qorunması naminə haqq səsimizi susdurmağa çalışan siyasətin acı nəticəsi olduğunu qeyd etmişdir. Rektor bu gün də bu hadisələrin unudulmadığını, günahsız insanların əziz xatirələrinin, xalqımızın qəlbində hər zaman yaşayacağını bildirmişdir. 1988-ci ildə respublikamızda baş vermiş məlum hadisələrin davamı olan və böyük fəlakətlə nəticələnən bu faciənin tariximizə qanlı yanvar hadisələri ilə daxil olunduğunu, həmin dövrdə Moskvada yaşayan xalqımızın böyük oğlu, görkəmli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin böyük çətinliklər bahasına öz haqq səsini ucaldaraq başımıza gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılması üçün göstərdiyi səylərdən danışmış, o günlərdə onun Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının böyük əhəmiyyətini bir daha vurğulamşdır. Rektor Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra bu istiqamətdə gördüyü işlərdən, onun təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verdiyindən danışmış, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinə kömək üçün Ulu Öndərin imzaladığı sənədlərin bu insanların xatirəsinə böyük ehtiram olduğunu bildirmişdir.
Aspirantura və doktorantura şöbəsinin müdiri dosent Musa Quliyev, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının dosenti Elçin Əhmədov 1988-1990-cı illərdə baş vermiş hadisələr zəminində qanlı yanvar hadisələri ilə başa çatan bu faciə barədə fikirlərini bildirmiş, bir daha həmin hadisələri xatılamışdır.
Sonra tələbələrin iştirakı ilə şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilmişdir.
Foto
DIA-nın Mətbuat və İnformasiya Xidməti
|
|
|
|
Untitled Document
|