Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 11-16 yanvar 2010-cu il tarixində keçirilən ixtisasartırma kursunun növbəti buraxılışı başa çatmışdır.
“Azərbaycan Respublikasının xarici siyasəti” proqramı üzrə kursda icra hakimiyyəti orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişdir.
Bu sahədə tədrisin əsas məqsədi Azərbaycanın xarici siyasətinin vəzifələri, prinsipləri və əsas istiqamətləri, müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, dövlətimizin beynəlxalq aləmlə, dünya və region ölkələri ilə, eyni zamanda beynəlxalq və regional təşkilatlarla, ikitərfli və çoxtərəfli əlaqələri, dünyanın və regionun təhlükəsizlik, əməkdaşlıq və inteqrasiya proseslərinə qatılması, beynəlxalq aləmdə cərəyan edən proseslərdə və transmilli dünya siyasətində iştirakı kimi aktual məsələlər və sair problemlərlə bağlı biliklərin sistemləşdirilməsi, dinləyicilərə yeni biliklərin verilməsidir.
Tematik plan üzrə kursda dövlətin xarici siyasətinin prioritet istiqamətləri, Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində iştirakı onun müasir beynəlxalq təşkilatlar sisteminə inteqrasiyasının aktual problemləri və digər məsələlər əhatə edir.
Təhsil müddəti ərzində kurslarda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavanşir Vəliyev, Xarici İşlər Nazirliyinin əməkdaşları: Qaley Allahverdiyev, Cavanşir Vəkilov, Məsim Hacıyev, Leyla Aslanlı, Hüseyn Hüseynov və tanınmış alim-mütəxəssisləri dinləyicilər qarşısında xarici siyasətin müasir problemlərinə dair müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.
Yanvar ayının16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında həmin istiqamət üzrə dinləyicilərin buraxılış mərasimi keçirilmişdir. DİA-nın rektoru əməkdar elm xadimi, prof. S.T.Qəndilov kursun sonunda dinləyicilər qarşısında çıxış etmiş, onları kursu müvəffəqiyyətlə bitirdiklərinə görə təbrik etmiş və dinləyicilərə sertifikatlar təqdim edərək gələcək işlərində uğurlar arzu etmişdir.
Foto
DIA-nın Mətbuat və İnformasiya Xidməti |