|
Untitled Document
|
Untitled Document
|
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA YENİ İL YIĞINCAĞI
|
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 31 dekabr – Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə yığıncaq keçirilmişdir.
Yığıncağı Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq müxtəlif zəngin hadisələrlə yaddaqalan bu ilin ölkəmiz üçün çox uğurlu olduğunu qeyd etdi. Rektor başa vurmaqda olduğumuz 2009-cu ildə əldə etdiyimiz uğurlardan danışdı. Bu uğurların qazanılmasında Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin təşəbbüs və səyləri nəticəsində ötən bir il ərzində ölkəmizdə görülmüş işlərin əhəmiyətini vurğuladı. Rektor həmçinin Ulu Öndər Heydər Əliyevin başladığı işlərin davamı olan, əlamətdar günlərimiz sırasında öz məna və əhəmiyyətinə görə mühüm yer tutan, artıq hər il Dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd etdiyimiz bu bayramın yaranma tarixindən söz açdı. O, Heydər Əliyevin bu istiqamətdəki təşəbbüs və ideyalarını qeyd edərək 1991-ci ildə hələ Naxçıvanda Ali Sovetin sədri işləyərkən onun təşəbbüsü ilə çıxarılan tarixi qərarın xalqımızın birlik və yekdilliyinin möhkəmlənməsi yolunda mühüm addım olduğunu bildirərək hər bir xalqın güclü diasporaya malik olmasını həmin xalqın həyatında mühüm əhəmiyyət kəsb etdiyini və bu baxımdan Heydər Əliyevin bu illər ərzində güclü diaspora yaratmaq üçün göstərdiyi səylərin artıq öz bəhrələrini verdiyini bildirdi. Hazırda dünyanın müxtəlif guşələrində yaşayan həmvətənlərimizin sıx birliyi naminə görülmüş işlərin məhz bu səylərin nəticəsi olduğunu vurğuladı. Çıxışının sonunda rektor İdarəçilik Akademiyasının professor-müəllim, tələbələri və bütün kollektivini qarşıdan gələn Yeni il münasibətilə təbrik edərək onlara həyatda və işlərində uğurlar arzuladı.
Tədbirdə 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə ölkə Prezidenti cənab İlham Əliyevə ünvanlanmış təbrik məktubu oxundu. İlin ən yaxşı tələbələrinə mükafatlar təqdim edildi.
Yığıncaq tələbələrin və incəsənət ustalarının təqdim etdiyi ədəbi-bədii kompozisiya ilə başa çatdı.
Foto
DIA-nın Mətbuat və İnformasiya Xidməti
|
|
|
|
Untitled Document
|