Untitled Document
Untitled Document
AZ RU EN
• Akademiya haqqında
• Akademiyanın yaradılması haqqında fərman
Təhsil
Elmi prioritetlər
DİA-ya qəbul qaydaları
DİA-nın strukturu
• Xəbərlər
• Elanlar
• Beynəlxalq əlaqələr
• Partnyorlar
Rektor
Böyük Elmi Şura
Elmi-Metodiki Şura
İxtisaslaşdırılmış Müdafiə Şurası
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının İdarəetmə bölməsi
Elmi hissə

• Rəhbər kadrların ixtisasının artırılması
İnzibati idarəetmə
• Siyasi idarəetmə

Dövlət qulluğu və kadr siyasəti
Dövlət idarəetməsi və menecment
Dövlət idarəçiliyində informasiya texnologiyaları
Dövlət idarəçiliyinin hüquqi təminatı
Dövlət quruculuğu və hüquq
İqtisadiyyatın dövlət tənzimlənməsi
Politologiya və siyasi idarəetmə
Beynəlxalq münasibətlər və xarici siyasət
Tarix
Fəlsəfə və sosial psixologiya
Dillər
Ümumi məlumat
Elektron kitabxana
EBSCO məlumat bazası
Kitablar
Jurnallar
İctimai təşkilatlar
• Həmkarlar İttifaqı Komitəsi
• Tələbə-Gənclər Təşkilatı
• Tələbə Elmi Cəmiyyəti

PREZİDENT
TƏQAÜDÇÜLƏRİMİZ

FAYDALI LİNKLƏR

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikasının Milli Məclisi


 







 









 

 

 

Untitled Document

Dövlət İdarəçilik Akademiyasında "Dövlət siyasəti sahəsində beynəlxalq bilik standartlarının tətbiqi (PPKN)" saytının təqdimat mərasimi

Dekabrın 26-da Dövlət İdarəçilik Akademiyasında Kanada Beynəlxalq İnkişaf Agentliyi və onun ixtisaslaşmış qurumu olan Kanada Beynəlxalq Təhsil Bürosu, eləcə də DİA-nın birgə həyata keçirdikləri “Dövlət siyasəti sahəsində beynəlxalq bilik standartlarının tətbiqi (PPKN)” saytının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq, layihə barədə məlumat vermiş, birgə əməkdaşlığın növbəti mərhələsi olan saytın açılmasının çox vacib olduğunu bildirmişdir. Rektor bir neçə il ərzində əməkdaşlığı nəzərdə tutulan bu layihənin dövlət idarəçiliyi sahəsində beynəlxalq bilik standartlarının tətbiqini elmi-informasiya cəhətdən təmin etməli olan internet portalının yaranmasını respublikamızın təhsil sistemində, eləcə də dövlət idarəçiliyi təcrübəsində diqqətəlayiq bir hadisə olduğunu qeyd etmişdir.
Yeni sayt bir neçə bölmədən - dövlət siyasətinin təhlili, iqtisadi təhlili, dövlət siyasətinin gender təhlili, elektron hökumət, dövlət qulluğu etikası və digər mövzular üzrə bölmələrdən ibarətdir. Hər bölmədə bu istiqamətlər üzrə mövcud materiallar, məqalələr, kitab və ensiklopedik materiallar toplanmışdır. Bununla yanaşı, layihə çərçivəsində respublikamızda ilk dəfə olaraq Azərbaycan dilində 3 istiqamət üzrə DİA-nın müəllimləri tərəfindən hazırlanmış dərs vəsaitləri və ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş bir neçə kitab yerləşdirilmişdir.
Saytın strukturunda bir sıra xüsusiyyətlər mövcuddur. Belə ki, sayta materiallar yerləşdirmək imkanı olan şəbəkə üzvləri ilə yanaşı, istənilən internet istifadəçisi burada yerləşdirilmiş materiallardan istifadə edə bilər.
Saytda həmçinin müntəzəm olaraq Azərbaycanla bağlı yeniliklər və maraqlı məlumatlar yerləşdirilir. Saytın daha da dolğun olması istiqamətində işlər davam etdirilir.

Foto

 

DIA-nın Mətbuat və İnformasiya Xidməti

Untitled Document



Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var,
Heydər Əliyev
ürəklərdə yaşayacaqdır !

 

../albom/bayraq-xarita.jpg

Azərbaycanın dövlət müstəqilliyi yaşamış, möhkəmlənmiş, inkişaf etmiş, Azərbaycan dünya birliyində, bütün beynəlxalq təşkilatlarda öz yerini tutmuş, Azərbaycanın bayrağı bütün qitələrdə müxtəlif tədbirlərdə yüksəlmiş, Azərbaycanın Himni dünyanın hər yerində səslənmişdir.

Heydər Əliyev

 

Dövlətçiliyimiz

- Azərbaycan Respublikası

- İstiqlal Bəyannaməsi (28 may 1918)

- Müstəqillik aktı (18 oktyabr 1991)

- Konstitusiya (12 noyabr 1995)

- Dövlət rəmzləri

AllWebMenus


Dövlət
bayrağı
AllWebMenus Dövlət
gerbi
AllWebMenus
Dövlət
himni


       

 

 


 

 

 

 

 

 

Untitled Document

Əsas səhifə      Sayt haqqında      Fotoalbom      Əlaqə vasitələri     Forum

Untitled Document