|
Untitled Document
|
Untitled Document
|
Dövlət İdarəçilik Akademiyasının Diskussiya Klubu “Səmərəli dövlət idarəçiliyi: üsul və texnologiyalar” mövzusunda elmi-maarifləndirici seminar keçirib |
Noyabrın 26-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Diskussiya Klubu “Səmərəli dövlət idarəçiliyi: üsul və texnologiyalar” mövzusunda elmi-maarifləndirici seminar keçirib. Seminarda Dövlət İdarəçilik Akademiyasının dövlət idarəçiliyi və siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanov, siyasi ekspert Elman Nəsirov və Diskussiya Klubunun üzvləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının Diskussiya Klubunun sədri Tamerlan Dəmirbəyli dövlət idarəetməsinin səmərəliliyi mövzusunda təşkil olunmuş bu seminarın dövlət idarəçiliyi sahəsində mütəxəssislərin, peşəkar kadrların hazırlanmasında mühüm rol oynayan Dövlət İdarəçilik Akademiyasında keçirilməsinin təsadüfi olmadığını qeyd etdi. Səmərəli dövlət idarəçiliyinin səriştəli dövlət qulluğundan asılı olduğunu qeyd edən Tamerlan Dəmirbəyli dövlət idarəçiliyinin nəzəri əsaslarının tədqiqi üçün Akademiyanın rektoru prof. Seyfəddin Qəndilovun “Dövlətçilik təfəkkürü, idarəçilik məharəti” adlı kitabının çox dəyərli bir mənbə olduğunu vurğuladı.
Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının dövlət idarəçiliyi və siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanov “İnzibati dövlət idarəçiliyinin əsasları” barədə məruzəsiylə tələbələrə geniş məlumat verdi.
Dövlət İdarəçilik Akademiyasının siyasi eksperti Elman Nəsirov “Siyasi idarəetmə və beynəlxalq münasibətlər” mövzusunda məruzə edərək beynəlxalq arenada Azərbaycan Respublikasının uğurlu xarici siyasətindən söhbət açdı.
Tədbirdə, həmçinin, Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin elmi işçisi Aygün Əsgərzadə “Dövlət idarəçiyində mərkəzləşmə və qeyri mərkəzləşmə arasında balans” mövzusunda, Akademiyanın Diskussiya Klubunun sədr müavini Ayşən Quliyeva “Azərbaycanda müasir dövlət qulluğu” mövzusunda, Akademiyanın məzunu Rza Əliyev “İqtisadiyyatın dövlət tənzimlənməsi” mövzusunda, BDU-nin Tələbə-Gənclər Təşkilatının sədr müavini Lamiyə Hüseynova “Demokratik idarəetmə və Azərbaycanda demokratik islahatlar” mövzusunda çıxış etdilər.
Tədbir Diskussiyan Klubunun sədri Tamerlan Dəmirbəylinin aparıcılığı ilə təşkil olunan interaktiv seminarla davam etdi. İnteraktiv seminarda tələbələrə dövlət idarəçiliyinin nəzəri əsasları mövzusunda tərtib olunmuş testlər təqdim olundu, refleksiya, qrup və rol oyunları keçirildi.
Foto
DIA-nın Mətbuat və İnformasiya Xidməti |
|
|
|
Untitled Document
|