|
Untitled Document
|
Untitled Document
|
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA TƏDBİR KEÇİRİLMİŞDİR |

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlişinin 40 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbir iştirakçıları Ulu Öndərin büstü önünə əklil qoymuşlar və onun xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq, bu günün əlamətdar bir gün olduğunu qeyd etmişdir. Rektor 40 il bundan əvvəl Heydər Əliyevin hakimiyyətə gəlməsini Azərbaycan xalqının tarixində və taleyində əhəmiyyətli dönüş olduğunu söyləmişdir. Heydər Əliyev daim Azərbaycan xalqını, millətini sevən, onun dünəni və gələcəyini düşünmüş, Azərbaycanı dünyada öz yeri, öz rolu və nüfuzu olan dövlətlər sırasına çıxarmışdır. Natiq həmçinin, 40 il bundan öncə uğurlu siyasi xəttin bu gün prezident İlham Əliyev tərəfindən layiqlə davam etdirilməsini, dövrün, zamanın ruhuna uyğun daha da təkmilləşdirilməsini qeyd etmiş və bildirmişdir ki, nə qədər Azərbaycan var, Heydər Əliyevin adı onunla birgə səslənəcək və xalqın qəlbində daim yaşayacaqdır.
Tədbir iştirakçıları və digər natiqlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu günün əhəmiyyətini bir daha vurğulamış və dahi siyasətçinin ruhuna rəhmət diləmişlər.
Foto
DIA-nın Mətbuat və İnformasiya Xidməti |
|
|
|
Untitled Document
|