|
Untitled Document
|
Untitled Document
|
DİA-da Heydər Əliyev məktəbinin növbəti yığıncağı keçirilmişdir |
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafında rolu” mövzusunda yığıncaq keçirilmişdir.
Yığıncağı İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq yığıncaq iştirakçılarını salamlamış, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimiz sahəsində gördüyü işlərdən danışaraq onun dövlətçilik salnaməmizə yazdığı səhifələri bir daha vərəqləmiş, Heydər Əliyev dövlət idarəçilik irsinin öyrənilməsi istiqamətində ölkəmizdə görülən işlərdən, onun zəngin təcrübəsindən danışmışdır. Son illər ərzində informasiya və kommunikasiya texnologiyaları sahəsində görülmüş bir çox işlər nəticəsində ölkəmiz regionda lider dövlətə çevrilmişdir. Təməli ulu öndər tərəfindən qoyulmuş bu uğurların qazanılmasında ölkə prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusi fikir verməsi böyük rol oynayır.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, texniki elmlər doktoru, professor Rasim Əliquliyev çıxış edərək İKT-nin inkişafı və hərtərəfli tətbiqi sahəsində Azərbaycanda bir çox nailiyyətlər əldə olunduğunu qeyd etmiş, hazırda elektron hökumətdən tutmuş iqtisadiyyatın bütün sahələrini əhatə edən “Elektron Azərbaycan” dövlət proqramının həyata keçirilməsi barədə geniş məlumat vermişdir. Tədbirdə DİA-nın İnformasiya Texnologiyaları Mərkəzinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Azad Abbaszadə DİA-da bu sahədə keçirilmiş tədbirlərdən və bu tədbirlərin gələcək dövlət məmurlarına informasiya texnologiyalarının öyrənilməsinin vacibliyini vurğulamışdır.
Sonra YAP Səbail rayon təşkilatının sədri professor Zahid Qaralov çıxış etmiş və YAP-ın yaranma tarixindən, bu illər ərzində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən tədbirlərdən, aparılan islahatlardan danışmış, möhtərəm prezidentimiz cənab İlham Əliyevin Heydər Əliyev kursunun layiqli davamçısı kimi gördüyü işlərin əhəmiyyətini qeyd etmişdir.
DİA-da YAP-ın sədri Mayıl Əliyev Ümummilli Lider Heydər Əliyevin başçılığı ilə yaradılmış bu partiyanın ölkəmizin ictimai siyasi həyatındakı rolundan danışmışdır. Sonra partiyaya yeni qəbul olunmuş gənclərə vəsiqələr təqdim etmişdir.
DİA-nın Mətbuat və İnformasiya Xidməti Foto>>>
|
|
|
|
Untitled Document
|