İyunun 3-də Azərbaycan Respu blikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı: əsas vəzifələr və onların yerinə yetirilməsi mexanizmləri” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbiri Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq tədbir iştirakçılarını salamlamış, mövzu ətrafında geniş məlumat verərək bu gün Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramından irəli gələn vəzifələr və onların əhəmiyyətindən danışmışdır.
Rektor Azərbaycan regionlarının maliyyə böhranı idxalının qarşısının alınması yolları, Azərbaycanın enerji siyasəti müasir mərhələdə, regionların dayanıqlı inkişafında dövlətin tənzimləyici rolundan, Dövlət proqramında regionların tarazlı inkişafı məsələlərini xüsusi qeyd etmişdir.
Tədbirdə Azərbaycan Respublikası Mili Məclisinin üzvü, i.e.d., professor Rüfət Quliyev “Azərbaycanın investisiya mühiti və onun təkamülü istiqamətləri”, Geostrateji Araşdırmalar Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, i.e.d., professor Əli Nuriyev ”Müasir dövrdə Azərbaycanın regional inkişaf strategiyasının reallaşmasının əsas istiqamətlərini müəyyən edən mühüm dövlət sənədi”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sahibkarlıq Şurasının sədr müavini, i.e.d. Qüdrət Kərimov ”Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramından sahibkarlığın inkişaf perspektivləri”, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor İsa Alıyev “Tarazlı regional inkişaf modernləşdirmə strategiyasının reallaşmasının mühüm istiqaməti kimi” mövzularında məruzələrlə çıxış etmişlər.
Sonda yekun olaraq Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov tədbirin əhəmiyyətini, vacibliyini bir daha iştirakçıların nəzərinə çatdırmış və onlara dərin təşəkkürünü bildirmişdir.
Foto
DIA-nın Mətbuat və İnformasiya Xidməti |