Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Aspirantura və doktorantura” şöbəsinin müdiri, tarix kafedrasının dosenti, Yazıçılar Birliyinin üzvü Musa Quluzadənin 70 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.
Tədbiri Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq yubilyarı 70 yaşının tamam olması və eyni zamanda elmi pedaqoji fəaliyyətinin 40 illiyi münasibətilə təbrik etmişdir. Rektor Musa Quluzadənin elm sahəsində gördüyü bir sıra işləri xatırlamış, habelə onun Akademiyadakı fəaliyyətindən, apardığı tədqiqatların müstəsna əhəmiyyətindən, müəllimlik fəaliyyətindən, idarəçilik səriştəsindən danışmış, onun 3 monoqrafiyasının və 100-dən artıq məqaləsinin nəşr olunmasını qeyd etmişdir. Bu illər ərzində qazandığı bütün uğurları həqiqətən də onun mənalı ömrünün dolğunluğunun parlaq təzahürü olduğunu vurğulayan rektor, Musa müəllimin dövlətçiliyimizə və ulu öndər Heydər Əliyev ideyalarının yorulmaz təbliğatçısı olduğunu qeyd etmiş, yubilyarı bir daha təbrik edərək ona uzun ömür və möhkəm cansağlığı, vətənimizin və xalqımızın xoşbəxt gələcəyi naminə həmişə olduğu kimi böyük yaradıcılıq həvəsi, təhsildə və elmdə yeni-yeni uğurlar arzulamışdır.
Tədbirdə Musa müəllimin yaxın dostları və eləcə də onunla İdarəçilik Akademiyasında çalışan həmkarları onun yüksək mədəniyyətindən, səmimiyyətindən, qayğıkeşliyindən, təşkilatçılığından danışmış, ona öz hörmət və ehtiramlarını bildirmişlər.
Foto
DIA-nın Mətbuat və İnformasiya Xidməti
|