|
Untitled Document
|
Untitled Document
|
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
|
Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında «Azərbaycanda mobil operator bazalarının imkanları: mövcud vəziyyət və inkişaf perspektivləri» mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbir İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının (SDS) maliyyə dəstəyi ilə «Beynəlxalq Əlaqələr sahəsində İmkanların Artırılması” (CABİR) layihəsinin Azərbaycan Məzunlar Şurası tərəfindən təşkil edilmişdir.
Əsas məqsədi gənc dövlət qulluqçularının gələcək inkişafına kömək göstərmək olan layihə bu istiqamətdə dövlətlərarası əlaqələrin inkişafında böyük əhəmiyyətə malikdir. CABİR layihəsi çərçivəsində təşkil olunan adı çəkilən təlim kursları 2002-ci ildən etibarən Azərbaycanda Dövlət İdarəçilik Akademiyasında keçirilir.
2004-cü ildə isə ölkəmizdə layihənin Məzunlar Şurası yaradılmışdır. CABİR Məzunlar Şurası Layihənin uzunmüddətli məqsədlərinin təmin edilməsinə xidmət edir və respublikamızın inkişaf potensiallarının gücləndirilməsi üçün cəmiyyətin müxtəlif qrupları və dövlət strukturları arasında fikir və təcrübə mübadiləsini təmin edən müzakirə, dəyirmi masalar və içtimai tədbirlərin təşkilini ənənəvi olaraq mütəmadi olaraq DİA-da həyata keçirir.
Hazırki dəyirmi masanın ümumi məqsədi Azərbaycanın Mobil operatorlar bazarının inkişafı mövzusunda müzakirələrin aparılması və bazarın gələcək perspektivləri ilə bağlı mövcud problemlərin həlli yollarının araşdırılması idi.
Çıxış edənlər Azərbaycanda Mobil operatorlar tərəfindən təklif olunan xidmətlərin keyfiyət səviyyəsi, tariflərin baha olması, bu sahədə Mobil operatorlar üçün görüləcək kifayət qədər işlərin görülməsi, ən yeni və müasir texnoloqiyaların tətbiq edilməsi yolları, xərclərin aşağı salınması və s. məsələlərə toxunmuşlar.
Tədbirdə CABİR Məzunlar Şurasının Direktoru Rəşad Məcidov, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları, «Azercell Telekom» MMC-nın və «Baksell» MMC-nın nümayəndələri məruzələrlə çıxış etmişlər. Dəyirmi masa maraqlı diskussiya şəklində davam etmişdir. Tədbir iştirakçıları professor və müəllimlərin, tələbələrin çoxsaylı suallarına cavab vermişlər.
Sonda iştirakçılar maraqlı keçən görüş üçün Dövlət İdarəçilik Akademiyasının rəhbərliyinə öz dərin minnətdarlığını bildirmişlər.
Foto
DIA-nın Mətbuat və İnformasiya Xidməti |
|
|
|
Untitled Document
|