|
Untitled Document
|
Untitled Document
|
Azərbaycan-Almaniya əlaqələri daha da genişlənir.
|
25 aprel 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnsan Hüquqları, Demokratiya və Sülh Problemləri üzrə YUNESKO Mərkəzi Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə Almaniya Federativ Respublikası Konstitusiyasının 60 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov dəyirmi masa iştirakçılarını salamlayaraq Almaniyadan dəvət olunmuş qonağı təqdim etmişdir. Sonra natiq Almaniya Federativ Respublikası ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni sahədə münasibətlərin ilbəil inkişaf etməsindən, xalqlarımız arasındakı dostluq əlaqələrindən ətraflı danışmış, iki ölkə arasındakı əməkdaşlığın daha da möhkəmlənməsini qeyd etmişdir. O, konstitusiya hüquqi sahəsində olan problemlərlə bağlı fikirlərini bildirmiş, bu istiqamətdə Avropanın təcrübəsinin öyrənilməsinin yerli hüquqşünaslarımız, həmçinin DİA-da müvafiq ixtisaslar üzrə təhsil alan tələbə və müdavimlər üçün maraqlı olduğunu vurğulamışdır.
Almaniya Federativ Respublikası Konstitusiya Məhkəməsinin hakimi, professor Ziqfird Bros ölkəsində Konstitusiya Məhkəməsinin strukturu və fəaliyyəti haqqında geniş məlumat vermişdir. Daha sonra tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi və müzakirələr aparmışlar. Z.Bros dəyirmi masada iştirak edən tələbələrin çoxsaylı suallarına cavab vermiş və akademiya rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Foto
DIA-nın Mətbuat və İnformasiya Xidməti |
|
|
|
Untitled Document
|